Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kirman teraktını kim törətdi? –Generalın qətlinin 4-cü ildönümündə qətliam

Terror elə bir bəladır, elə bir cinayətdir ki, ona heç bir halda bəraət yoxdur. Bu cinayətin hansı ölkədə (istər dost, qeyri-dost, çox uzaq, düşmən) törədilməsindən asılı olmayaraq, qiyməti yekdir.

Yenixeber.org: Hansı dövlət terrora bu və ya digər şəkildə haqq qazandırırsa, birbaşa qınamaqdan yayınırsa, demək, terrorçu dövlətdir və o, işinə yaradığı zaman terror aktı törətməkdən çəkinməyəcək.

Hazırda terrora münasibətdə dünya miqyasında qəribə bir yanaşma var. Əgər bu cinayət ABŞ-da və ya Avropa dövlətlərindən birində törədilirsə, dünya lərzəyə gəlir, bütün xəbər agentliklərinin, telekanalların baş xəbəri olur, bu dövlətlərin rəhbərləri əvvəlcə zəngləşir, daha sonra görüşür, nümayiş keçirir, “terrora yox” şüarları səsləndirirlər, qəti tədbirlərə əl atırlar.

Ancaq eyni cür terrorun daha dəhşətlisi Yaxın Şərq və ya Asiya ölkələrində baş verirsə, bu, xəbərlər bülletenlərinin adi xəbərlərindən biri olur, bu barədə 1 dəqiqəlik süjet-xəbər verirlər, iş bitir, ertəsi gün unudulub gedir. Bu, ona görə belədir ki, Yaxın Şərq ölkələrində, eləcə də Əfqanıstan və Pakistan kimi ölkələrdə terror aktı törədilməsi artıq çoxdan fövqəladə hadisə deyil. Bu ölkələrdə teraktların xüsusi dövriliyi var, az qala iki həftədən bir belə cinayətlər törədilir, onlarla dinc insan qətlə yetirilir. Qurbanların sayının çox olub-olmaması başqa ölkələri elə də əndişələndirmir.

İranda baş verən dəhşətli terror aktı isə sıradan bir hadisə deyil. Teraktın qurbanı olan insanların sayı çoxdur, üstəlik, bu cinayətin arxasında hansı qüvvələrin durduğuna dair tutarlı versiya, heç güclü şübhə də yoxdur.

Başqa vaxt İran rəhbərliyi belə situasiyada mütləq İsrailin adını çəkərdilər, bu dəfə özləri də deyirlər ki, bu, İsrailin stili deyil. Çünki İsrail həmişə mülki şəxsləri yox, hərbi-sənaye kompleksinə aid infrastruktur və şəxsləri hədəfə alır.

Teraktın məşhur komandan Qasım Süleymaninin qətlə yetirilməsinin 4-cü ilinin tamam olduğu gün, həm də onun dəfn olunduğu məzarlıqda törədilməsi xüsusi məna veriləcək hadisədir.

Qasım Süleymani hələ sağlığında İranın hərbi qüdrətinin simvoluna çevrilmiş şəxs idi. Qonşu ölkələrdə də yaxşı tanınan general öz ölkəsində həm xalqın, həm də ali dini liderin xüsusi hörmətini qazanmış xarizmatik sima idi və gələcəkdə onun müdafiə naziri, hətta prezident olacağı ehtimal olunurdu.

General Süleymaninin qətlinə fərman verənlər və bu planı gerçəkləşdirənlər ilk növbədə İranın hərbi qüdrətinə zərbə vurmaq məqsədi güdürdülər. Onlar Süleymanini aradan götürərək, dünyaya, xüsusilə də Yaxın Şərqə göstərmişdilər ki, İran heç də “əjdaha dövlət” deyil, ən güclü, ən populyar generalının belə təhlükəsizliyinə təminat yoxdur.

Ancaq onun qətlinin ildönümündə mülki əhalinin hədəfə alınmasının anlamını yalnız terakt sifarişçiləri bilər. Çünki İran bu cür terror aktlarıyla sarsılan, yön dəyişdirən, ram olan, hansısa niyyətindən vaz keçən dövlət deyil. Əksinə, bu, İranın mövcud hakimiyyətinin əlini gücləndirəcək, müxalif qüvvələrə qarşı yeritdiyi repressiv siyasətin şiddətini artıracaq.

Mümkündür ki, Kirman teraktında xarici qüvvələrin rolu olmayıb və bu, sırf daxili düşmənlərin işidir. Ancaq bu cür əməllər bir qayda olaraq xarici dəstək olmadan baş vermir. İran çoxdüşmənli ölkə olduğundan cinayətin izlərinin hansı səmtə aparacağı bəlli deyil.

Bu cür terror aktı törədərək nəyəsə nail olmaq istəyənlərin məqsədi, məramı da heyrət doğurur. Terror yoluyla yeni dövlət qurmaq, hakimiyyətə gəlmək istəyənlərin ən güclüsü “əl-Qaidə” və İŞİD idi, bir xeyli də “uğur” qazanmışdılar, sonu nə oldu? Qısa müddətdən sonra darmadağın dağıdıldılar, liderləri, ideoloqları, komandirləri öldürüldü, hər iki təşkilat pərən-pərən oldu.

Yeri gəlmişkən, general Qasım Süleymani 2014–15-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökumətinə və yerli şiə qüvvələrinə (“Həşdi-Şabi” qruplaşması) ciddi dəstək verib. Bu baxımdan Kirman teraktı İŞİD-in tör-töküntüsü olan qrupun qisas aktı ola bilər. Üstəlik, teraktın mülki əhali arasında böyük tələfata səbəb olması İŞİD-in “mübarizə üsulu”na daha çox oxşayır.(Musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam