Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Braziliya prezidenti Zelenski ilə görüşdən imtina edib

Braziliya prezidenti Luiz İnasiu Lula da Silva ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdən imtina edib.

Yenixeber.org xəbər verir ki, bu barədə “O Globo” qəzeti məlumat yayıb. 

Zelenski Argentina prezidentinin andiçmə mərasiminə gedərkən Braziliyada dayannaraq Silva ilə görüşməyi təklif edib , lakin o, bundan imtina edib. Mənbə bildirir ki, sorğu “son anda” – dekabrın 7-də Lula da Silva və Braziliya Xarici İşlər Nazirliyinin nümayəndələri Cənubi Amerikada iştirak edən ölkələrin dövlət başçılarının sammitində olarkən edilib. 

Zelenskinin təklif etdiyi vaxt və şərait “qəribə hesab olunurdu”. Ukrayna lideri dekabrın 9-da axşam saatlarında Braziliyadakı aviabazada təyyarəsinə yanacaq doldurmaq üçün dayanıb. O, təyyarə enişindən iki saat sonra Argentinaya uçub.

Braziliyalı diplomatlardan biri hasiəni nəşrlə paylaşıb: “Çox nadir hallarda belə görüşlər aviabazada hazırlıqsız və əvvəlcədən xəbərdar edilmədən keçirilir”.

May ayında Ukrayna və Braziliya liderləri Xirosimada keçirilən “Yeddilik Qrupu” sammitində iştirak ediblər, lakin Lula da Silvanın Zelenskinin “görmədiyini” dediyi ikitərəfli görüş keçirə bilməyiblər.

Braziliya prezidenti bəyan edib ki, ölkə Ukraynada atəşkəsə, eləcə də ədalətli və davamlı sülhə töhfə verə biləcək tədbirlərə qoşulmağa hazırdır.

Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Selso Amorim  Səudiyyə Ərəbistanında keçirilən beynəlxalq görüşdə videokonfrans vasitəsilə çıxış edərək, Rusiyasız Ukrayna üzrə real danışıqları  qeyri-mümkün adlandırıb .


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam