Redaktor seçimi
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Günün xəbəri

İranın müxtəlif bölgələrində qadınlar məcburi hicaba yox deyirlər -FOTOLAR

 
Artıq neçə aydır ki, İranda qadınlar rejimin sərt qayda-qanunları və hicabla bağlı tələblərinə müxtəlif formada etirazlar edirlər.
Yenixeber.org: Son günlərdə artan dinc etiraz formalarından biri isə hicabın çıxarılmasıdır. Artıq İranın müxtəlif bölgələrində qadınlar azad geyimdə gəzir və molla rejimi nə qədər çalışsa da, bunun qarşısını ala bilmir. Sosial şəbəkələrdə isə sərbəst geyimdə olan qadınların fotoları artmaqdadır.
Növbəti fotolar isə sosial şəbəkələrin İran seqmentində "qadınlar məcburi hicaba yox deyirlər" başlığı ilə paylaşılıb.
Qeyd edək ki, ötən ilin sentyabr ayında Məhsa Əmini faciəsindən sonra İranı kütləvi iğtişaşlar və aksiyalar dalğası bürüyüb. İnsanlar azadlıq, tapdalanan hüquqlarının bərpasını tələb edirlər.
Vətəndaşlar son günlərdə yenidən aktivləşərək küçələrə çıxıb etiraz edir, inqilabçı gənclər ali dini lider Xameneyiyə aid plakat, baner və fotoları yandırır, ayrı-ayrı dövlət qurumlarına od vururlar.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam