Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Ukraynadakı münaqişədən əsas uduzan Almaniya olacaq”-“Yüzlərlə saatlıq faydasız danışıqlar bir dəqiqəlik atəşdən yaxşıdır"

Bundestaqın deputatı:    “Ukraynadakı münaqişədən əsas uduzan Almaniya olacaq”
       Ukraynadakı münaqişədən ən çox uduzan Rusiya və Ukrayna deyil, Almaniya olacaq.
Yenixeber.org: Bunu müxalifətdə olan Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alisa Vaydel Dlf-ə müsahibəsində bildirib. Onun fikrincə, Almaniya digər güclər arasında qarşıdurmada əzilmiş ola bilər, çünki Bundestaqda ölkənin maraqlarını müdafiə edə biləcək səriştəli adamlar yoxdur. Deputat qeyd edib ki, Berlin Moskva ilə enerji qarşıdurmasında ilk addımı atmaqla özünə ziyan vurub.

O, həmçinin Almaniyanın enerji böhranı səbəbindən real iflas dalğası təhlükəsi ilə üzləşdiyi üçün təcili sülh danışıqlarına çağırıb. Vaydel Almaniya kansleri Olaf Şoltsun Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamaq istəyini dəstəklədiyini vurğulayıb.

“Yüzlərlə saatlıq faydasız danışıqlar bir dəqiqəlik atəşdən yaxşıdır; Bu, bizim əqidəmizə çevrilməlidir, çünki müharibədə ancaq uduzanlar olur”, - deyə deputat vurğulayıb. O, həmçinin NATO-nun Rusiya ilə qarşıdurmaya daxil olmasını intihar adlandırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam