Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Polşa keçən ay səhvən Çexiyanı işğal edibmiş-İsveçrə 3 kilo qızılı qatarda unutmuş şəxsi axtarır

 Yenixeber.org: İsveçrə 3 kilo qızılı qatarda unutmuş şəxsi axtarır, Polşa keçən ay səhvən Çexiyanı işğal edibmiş- Bu və digər xəbər xəbərlər BBC News Azərbaycancanın xəbər icmalında.

                      191 min dollar dəyərində qızılını qatarda "unudan" şəxs axtarılır

Çoxumuz qatarda telefon, cüzdan, qulaqcıq unuduruq, amma bir bağlama qızılı qatarda qoyub platformada gəzib-dolaşmaq ehtimalı o qədər də çox deyil.

 

Amma sən demə, İsveçrədə belə biri varmış. Yerli hakimiyyət indi ötən ilin oktyabrında qatarda unudulmuş, 191 min dollar dəyərində olan 3 kiloqram qızılın sahibini axtarır.

Qızıl sahibinin ona iddia etməsi üçün 5 il müddəti var, rəsmilər bildirirlər. Bununla bağlı ilə bağlı məlumat qızıl sahibinin axtarışları uğursuzluqla nəticələnəndən sonra ictimaiyyətə açıqlanıb.

Amma məlum deyil ki, hakimiyyət qızılın sahibi olduğunu iddia edən adamın həmin şəxs olub-olmadığını necə müəyyənləşdirəcək.

                                            Türkiyənin "Pənçə-Qartal" əməliyyatı

Türkiyə İraqın şimalında yerləşən bölgələrə hava əməliyyatı başlatdığını açıqlayıb.

Twitter-də bununla bağlı məlumat verən Türkiyə Müdafiə Nazirliyi "Sincar, Karacak, Kandil, Zap, Avaşin Basyan və Hakurkdakı hədəflərin bombaladığını" bildirib.

Əməliyyata "Pənçə-Qartal" adı verilib.

Müdafiə Nazirliyi əməliyyatın "son vaxtlarda polis bölməsində və baza bölgələrində artan təcavüz və hücumlara təşəbbüs göstərən PKK və digər terrorçü qüvvələrə yönəldildiyini və bunun "beynəlxalq hüquq çərçivəsində özünümüdafiə hüququ" olduğunu vurğulayıb.

Reuters bildirib ki, Diyarbəkir və Malatyadan döyüş təyyarələri havaya qaldırılıb.

 Polşalı əsgərlər kilsəni ziyarətə gələn Çexiya vətəndaşlarının bölgəni gəzməsinə mane olub

                                        Polşa səhvən Çexiyanı işğal edibmiş

Polşa keçən ay səhvən Çexiyanı işğal etdiyini açıqlayıb.

Polşanın Müdafiə Nazirliyi iki ölkə sərhəddində koronavirusla bağlı tədbirlər görmək üçün ərazidə gəzən polşalı əsgərlərin təsadüfən digər tərəfdə tərk edilmiş bir kilsədə qaldığını açıqlayıb.

Polşalı əsgərlər kilsəni ziyarətə gələn Çexiya vətəndaşlarının bölgəni gəzməsinə mane olub.

İşğal Çexiya rəsmilərinin məsələyə qarışması ilə başa çatıb.

Çexiyanın şimal şərqində Moravyada baş verən hadisədən sonra Polşa bunun səhvən baş verdiyini bildirsə də, Çexiya səlahiyyətliləri rəsmi açıqlama almadıqlarını bildiriblər.

İşğalın üzə çıxması belə məlum olub: kilsənin işləri üçün ayrılan bir inşaat işçisi onun səthinin şəklini çəkmək istərkən silahlı Polşanın əsgələri ona mane olub. Əsgərlər kilsəyə gedən yolda barrikada qurublar.

Ondan başqa əsgərlər bölgəyə gəzintiyə gələn turistlərə də əngəl olublar.

Ivo Dokoupil adlı yerli turist yerli mətbuata bildirib ki, polşalı əsgərlərə kilsəni ziyarət etmək istədikləri deyilsə də, sərt şəkildə buna imkan verilməyib. "Xarici bir dövlətin uniformasını geyinmiş bir əsgər əlində silahla mənə əmr verməyə başladı. Qorxulu bir təcrübəydi".

Polşanın Müdafiə Nazirliyi CNN-ə bildirib ki, "bu, qəsdən edilməyib, anlaşılmazlıq olub. Dərhal da düzəldildi".(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam