Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

Ölkəmizin 30 min ton qızılı harada saxladığı bilindi

Ümumdünya Qızıl Şurasının hesabatına əsasən, Azərbaycan dünyada ən çox qızıl ehtiyatı olan ölkələr sırasında 54-cü yerdədir

 

Yenixeber.org: Hazırda Azərbaycanın 30 min ton qızılı var. Bu qızıllar Azərbaycan Dövlət Neft Fondunun inzibati binasında saxlanılır. Fondun yaydığı məlumata görə 2017-ci ilin sonuna fondun investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 30 175 kq - 970 146 troya unsiya təşkil edib.

Belə ki, 11 yanvar 2013-cü il tarixindən etibarən alınmış qızıl Azərbaycana gətirilərək, müvəqqəti olaraq Mərkəzi Bankda saxlanılıb. 2016-cı ilin sonuna ölkəyə gətirilmiş qızılın miqdarı 30 169 kq təşkil edib. 2017-ci il ərzində isə qeyd edilən qızılın ARDNF-nin inzibati binasında inşa edilmiş xəzinəyə gətirilməsi başa çatdırılıb. Məlumatda o da bildirilir ki, fond investisiya portfelində qızılın payını 5 faizə çatdırmağı hədələyib.

Qeyd edək ki, dünyanın əksər dövlətlərində qızıl fondları mövcuddur. Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır. Ümumdünya Qızıl Şurasının hesabatına əsasən dünyada ən çox qızıl ehtiyatı olan ölkələr ABŞ (8 133 5 ton), Almaniya (3 381 ton), İtaliya (2 451 8 ton) və digərləridir. Azərbaycan bu siyahıda 54-cü yerdədir.

Hazırda dünyada maliyyə, dolların məzənnəsi və digər valyutalarla bağlı problem yaşanmaqdadır. Bəs görəsən qızıl həmişəmi qızıldır?

RÉÅad HÉsÉnov ile ilgili görsel sonucu

Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov “Yeni Müsavat”a danışıb: “Dünyada bütün banklar qızıla yatırım edirlər. Amma burada  əsas prinsiplərdən biri qızıla doğru zamanda yatırım edilməsidir. İkincisi isə daha təhlükəsiz aktivlərdə öz vəsaitinin saxlanılması məsələsidir. Neft Fondunun qızıla yatırım qərarını gecikmiş hesab edirəm. Zamanında Neft Fondunun imkanı var idi ki, qızılı 600-700 dollara alsın. Lakin Fond bunu etmədi və təxminən qızılı orta hesabla 1450 dollara aldı. Bu gün dünya bazarında qızılın qiyməti 1213 dollardır. Bir neçə gün bundan əvvəl hətta 1175 dollara qədər ucuzlaşmışdı. Ehtimallardan biri ondan ibarətdir ki, bu ucuzlaşma getdikcə daha da arta bilər.

Hazırda Neft Fondu qızılın yatırımları ilə bağlı zərərdədir. Fondun qızıl ehtiyatları 970 min unisiyadır. Burada bir dollar zərər 970 min zərər deməkdir. Fondun qızılla bağlı təxminən 200-220 milyon dollar zərəri var. Lakin davamlı olaraq bu məsələ gündəmə gələndə fond bu investisiyanın uzun müddətli dövrə hesablandığını bildirir və beləliklə öz qərarını sığortalamağa çalışr. Doğrudur, fond 20 illik müddəti nəzərə alaraq bu investisiyanı edib. Məsələ bu kontekstdən yanaşsaq, təbii ki, fond 20 il sonra qızılı baha qiymətə sata bilər. Lakin  vəsaitlərin idarə edilməsinin özü də burada  səmərəli təşkil olunmalıdır. Çünki Neft Fondu dünyada  çox az fondlardan biridir ki, orada vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlər çox azdır. Məsələn, Norveç Fondunun vəsaitlərin idarə olunmasından əldə etdiyi illik gəlir 4-10,2 faiz arasında dəyişirsə, bizdə bəzi hallarda hətta 1 faizdən aşağı düşür. Beləliklə, qızıla investisiya qərarı doğru hesab edilə bilər, amma zaman doğru deyildi".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam