Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Ermənistan baş nazirinin növbəti fiaskosu: Paşinyanın İtaliyaya səfərinin bilinən və bilinməyən tərəfləri

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 20-22-də İtaliyada səfərdə olub.

Yenixeber.org: Diplomatik mənbələrdən əldə etdiyimiz məlumata görə, bu səfərin əldə olunmasına erməni tərəfi xeyli müddətdir ki çalışmış və bunun üçün İtaliya rəsmilərinə israrla yalvarıb.

Belə ki, Azərbaycanla İtaliya arşında müxtəlif sahələrdə yaxın əməkdaşlıq və strateji tərəfdaşlıq, yüksək səviyyədə siyasi dialoq, iqtisadiyyat və mədəniyyət sahələrində geniş mübadilələr Ermənistanı ciddi şəkildə narahat edir: "Xüsusilə də, Ermənistan İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmasını, gələn il TAP layihəsinin fəaliyyətə başlayacağından sonra iki ölkə arasında əməkdaşlığın daha da güclənəcəyindən yaxşı xəbərdardır".

Amma Ermənistanın bütün canfəşanlığına baxmayaraq, N.Paşinyan səfər zamanı İtaliya Prezidenti Sercio Mattarella ilə görüşə bilməyib. Onun eləcə də Deputatlar Palatasının sədri Roberto Fiko ilə də görüşü də alınmayıb. Rəsmi görüşlər arasında sadəcə öz italiyalı tərəf müqabili Cüzeppe Konte ilə və Senatın sədri Maria Elsabetta Kazellati ilə görüş keçirilib. 

Mənbənin məlumatına görə, sonuncu görüşdə diplomatik qalmaqal da yaşanıb: "Belə ki,İtaliya mətbuatının bildirdiyinə görə Nikol Paşinyan İtaliya Senatının sədri ilə görüşə vaxtından əvvəl gedib və onu gözləməyə məcbur olub. E.Kazellati zala daxil olan zaman isə N.Paşinyan kobud şəkildə arxasını ona döndərərək, görüşün keçirildiyi otağa tərəf istiqamətlənib. Erməni baş nazirin bu addımı ev sahiblərinin təəccübünə səbəb olub. Paşinyan bununla Kazellatini çox gözlədiyini göstərmək istəyib. Amma bu, diplomatik nəzakət qaydasına ziddir, həmçinin İtaliya Senatının sədri isə görüşə vaxtında gəlib. Paşinyanın səfəri vaxtı biri Milanda, biri isə Romada olmaqla 2 biznes forum nəzərdə tutulurdu. Bununla bağlı müvafiq elanlar da yayılıb və İtalyan şirkətləri tədbirlərdə iştirak üçün qeydiyyatdan keçməyə dəvət edilblər. Milanda orta-kiçik həcmli solğun bir tədbir keçirilib. İtaliya rəsmilərindən heç kim ora qatılmayıb. Romada isə ümumiyyətlə tədbir olmayıb. Romadakı tədbiri İtaliya İqtisadi İnkişaf Nazirliyinin nəzdindəki İtaliya Ticarət Agentliyi (ICE) təşkil etməli idi. Sonda Paşinyan sadəcə ICE-nin rəhbəri ilə görüşməklə kifayətlənib və biznes forum isə ləğv olunub. Səfər əsas etibarlə Paşinyanın Venesiya, Milan və Romada yerli erməni icması ilə görüşləri ilə yadda qalıb. Milanda icma ilə görüşündə də qalmaqal yaşanıb. Belə ki, tədbir vaxt ixtisasca həkim olan yerli erməni icmasının üzvü olan şəxs hay-küy salaraq Paşinyan hakimiyyətə gəldikdən sonra ölkədə total şəkildə nifrətin təbliğatının aparıldığı sərt şəkildə tənqid edib, Paşinyanın yarıtmaz daxili və xarici sitasət apardığını deyib, onu və hökumətini istefaya çağırıb. Belə bir hadisəni gözləməyən Paşinyan baş verənlərdən özünü itirib.

Paşinyanın İtaliyanın tədqiqat mərkəzlərindən olan ISPI-də çıxışı ilə bağlı əvvəlcədən yayılmış elanlarda tədbiri həmin qurumun region üzrə tanınmış tədqiqatçısı professor Aldo Ferrarinin aparacağı elan olunsa da sonda Aldo Ferrari də tədbirə qatılmayıb. Üstəlik həmin tədbirdə azərbaycanlı tələbələrin iştirak edəcəyindən xəbər tutan erməni tərəfi tələbələrin sual və şərhlərindən ehtiyat etdikləri üçün təşkilatçılardan tədbirin auditoriyadan suallar hissəsini ləğv etməyi xahiş ediblər və tələbələrə sual vermək imkanı yaradılmayıb. Tədbir bitəndə azərbaycanlı tələbələr Paşinyanın yolun kəsib Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü əks etdirən xəritəni ona təqdim etməyə cəhd eləsələr də Paşinyan öz mühafizəçilətinin yardımı ilə tədbir yerindən uzaqlaşıb".

Diplomatik mənbə bildirib ki, Milanda olarkən isə N.Paşinyanla Lombardiya Regionunun prezidenti Atilio Fontana da görüşmək istəməyib, yerli erməni icmasının səyləri nəticəsində onunla region prezidentinin müavini Fabrisio Sala görüşüb: "Diqqəti cəlb edən başqa bir məqam ondan ibarətdir ki, Paşinyanın səfəri vaxtı İtaliya mətbuatında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın qeyri-konstruktiv mövqeyi, habelə Ermənistanda daxili ictimai siyasi gərginlik, hökumət tərəfindən siyasi oponentlərə qarşı təqiblər, məhkəmələrə müdaxilələr mövzularına İtaliyanın "Opinione" və "Notizie Geopolitiche" qəzetlərində yer ayrılıb. İtaliya baş naziri Paşinyanla keçirdiyi görüşdən sonra mətbuata verdiyi açıqlamasında münaqişə ilə bağlı məsələlərə münasibət bildirərək, “Baş nazir Paşinyanın Dağlıq Qarabağ məsələsinə münasibətdə fikirlərinə və dəyərləndirmələrinə diqqətlə qulaq asdım. Öz tərəfimdən İtaliyanın mübahisənin dialoq vasitəsilə stabil və uzun müddətli həllini dəstəkləməsi, eyni zamanda dialoqun davamlı və sıx olmasının vacibliyi ilə bağlı mövqeyini təqdim etdim. Biz münaqişəni gərginləşdirən mümkün hərbi vasitələrə münasibətdə dialoqu yeganə həll yolu kimi görürük. Dialoq şübhəsiz ki, tərəflərin səbrli şəkildə öz xalqlarını sülh prosesinin gətirəcəyi üstünlüklərə hazırlamaq baxımından siyasi iradəsinə cavab verməlidir. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəkləyirik və bununla belə bütün hallarda bölgənin sabitliyinin və təhlükəsizliyinin təmin edilməsinə xidmət edə biləcək danışıqların bərpası üçün töhfəmizi təklif etməyə hazırıq” – söyləyib. Başqa sözlə desək, İtaliya baş naziri Ermənistan hökumətinin rəhbərini bölgənin sabitliyini və təhlükəsizliyi təmin etmək üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlara çağırıb və bu xüsusda öz xidmətlərini təklif edib". 

"Göründüyü kimi, çoxdandır ki, planlaşdırılan və böyük planlarla İtaliyaya yola düşən Ermənistan baş naziri səfərin sonunda demək olar ki, heç bir nəticəsiz geri qayıdıb. Bəlkə də nəticə olaraq, Ermənistan hökumət başçısı diplomatik nəzakət qaydalarına daha düzgün riayət etməyi öyrənib?!", - deyə diplomatik mənbə vurğulayıb. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam