Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Prezident İtaliya nümayəndə heyətini qəbul edib -YENİLƏNİB

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da İtaliyanın Veneto regionunun prezidenti Luka Zayanı və İtaliya nümayəndə heyətinin üzvlərini qəbul edib.

Yenixeber.org: Prezident İlham Əliyev Azərbaycan-İtaliya əməkdaşlığının siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə çox uğurla inkişaf etdiyini və iki ölkənin strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirdiklərini deyib. 

Dövlət başçısı bildirib ki, qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-İtaliya əlaqələri uğurlu əməkdaşlığın gözəl nümunələrindən biridir. Prezident İlham Əliyev ötən il İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfərini bu istiqamətdə atılmış önəmli addımlardan biri kimi dəyərləndirib. İtaliya şirkətlərinin Azərbaycanda böyük layihələrdəki uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini vurğulayıb. Cənub Qaz Dəhlizinin əməkdaşlıq üçün genişmiqyaslı bir layihə olduğunu qeyd edən dövlət başçısı bu layihənin Azərbaycan-İtaliya əlaqələrinə və eyni zamanda, regional əməkdaşlığın inkişafına əsaslı töhfə verdiyini və marşrut boyunca yerləşən ölkələri bir-birinə yaxınlaşdırdığını deyib. Dövlət başçısı İtaliya nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-İtaliya əlaqələrinin daha da inkişaf etdirilməsi üçün önəmli addım olacağını vurğulayıb. 

Qəbula görə minnətdarlığını bildirən İtaliyanın Veneto regionunun prezidenti Luka Zaya iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından regionlararası əlaqələrin əhəmiyyətini vurğulayıb. O, təmsil etdiyi region haqqında dövlət başçısına məlumat verərək əməkdaşlığımızın inkişafı üçün böyük potensialın olduğunu bildirib. Azərbaycanın İtaliyanın Veneto regionunda yaxşı tanındığını deyən Luka Zaya “Venesiya Biennalesi” Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Azərbaycan pavilyonunun daim böyük maraqla qarşılandığını deyib. O, eyni zamanda, Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının önəmini də vurğulayıb.

Görüşdə iştirak edən İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Quqlielmo Pikki Azərbaycan ilə İtaliya arasında strateji əlaqələrin mövcudluğunu qeyd edərək iki ölkənin əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. O, TAP layihəsinin yekunlaşmaq üzrə olduğunu vurğulayaraq Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini bir daha qeyd edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


*** 13:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da İtaliyanın Veneto regionunun prezidenti Luka Zayanı və İtaliya nümayəndə heyətinin üzvlərini qəbul edib.

Məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam