Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Dövlətə “sədaqətli” sədri Orduxanla nə bağlayır? –Şok foto

 

Sosial şəbəkədəki bütün statuslarında şiddətlə və sədaqətlə Azərbaycan dövlətinə xidmət etdiyini xüsusi olaraq vurğulayan, Alman-Azərbaycan Mədəniyyət Evi adlı qondarma bir təşkilat yaradaraq, diaspor sədri kimi özünü cəmiyyətə sırıyan dələduz Rəşad Quliyevin şok fotosu ortaya çıxıb.

Yenixeber.org: Avropada yaşayan soydaşlarımızın redaksiyamıza ünvanladığı fotoda Azərbaycan dövlətinə “sədaqətlə” xidmət edən Rəşad Quliyevin ölkəmiz, o cümlədən Prezident İlham Əliyev əleyhinə Avropada keçirilən 4 nəfərdən ibarət “izdihamlı mitinq” iştirakçısından biri olduğu görünür.

Diqqəti ən çox cəlb edən isə R.Quliyevin əxlaqdan kənar ifadələrlə gündəmə gələn “söyüşçü”lərlə bir sırada, bir cərgədə Azərbaycana “Azadlıq” istəməsidir.

Bu foto əslində R.Quliyevin hansı “əqidə” sahibi olduğunu üzə çıxarır. Adamın məqsədi və hədəfi, niyyəti bu fotoda tam əhatələnib.

Qeyd edək ki, R.Quliyevin Almaniyadan deport edildiyi və Avropa ölkələrinə buraxılmasına qadağa qoyulduğu haqda məlumat yayılıb. Bildirilir ki, hazırda Rusiyada olan R.Quliyev müxtəlif yollarla geri qayıtmaq istəyir və bu qərarın ləğvi üçün vəkillər də tutub. Onun Almaniyadan qovulmasına səbəb isə Azərbaycandan olan İntiqam Əliyev və digər çoxsaylı zərərçəkənin Almaniya DİN və Miqrasiya İdarəsinə göndərdiyi müraciətdir. Belə ki, R.Quliyev İ.Əliyev və digərlərini aldadaraq, onların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.

İntiqam Əliyev, B.Güləhmədov və qayınanasının Rəşad Quliyevin Bakıda, R.Quliyevin anasına məxsus evə getməsi və pullarını tələb etmələri ilə bağlı görüntü də redaksiyamıza təqdim edilib. Zərərçəkənlərin R.Quliyevin anası Dünyaxanım Məhərrəmovadan pullarının tələb etməsinin bir səbəbi də onun adına olan kartdan istifadədir. Həmin vaxt Köln şəhərində olan R.Quliyev zərərçəkənləri aldadaraq, onların pulları Beynəlxalq Bankda anasının adına açılan hesaba köçürməsinə nail olub, pulları isə Almaniyada hesabdan çıxarıb.

Qeyd edək ki, R.Quliyevin iki hesabı olduğu, türkcə olan digər hesabında özünü “demokrat” göstərərək, Türkiyə lideri R.T.Ərdoğan və Azərbaycan hakimiyyəti əleyhinə statuslarla çıxış etdiyi barədə Türkiyə vətəndaşı olan bir şəxs tərəfindən məlumat və çıxarışlar redaksiyamıza göndərilib. Bu foto həmin məlumat və çıxarışların həqiqət olduğunu bir daha təsdiqləyir.(axar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam