Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

“Ekspertiza qərarını gözləyirik”

 

 

  "Xeberinfo.com": Ötən həftə Eldəniz Quliyevin həbs olunacağı ilə bağlı xəbər yayılsa da, məhkəmə prosesi hələ davam edir.

E.Quliyev məhkəmənin yekun qərarını gözləyir: “10 sentyabr tarixində Nəsimi rayon  məhkəməsində keçirilən prosesdən sonra hələ ki, heç bir yenilik yoxdur.  İşlətdiyim ifadələr linqivistik ekspertizaya təqdim olundu. İndi biz gözləyirik ki, nə zaman ekspertiza yekun qərarını verəcək. Bundan sonrakı məhrələ ekspertizanın qərarından asılıdır”.

Həmçinin E.Quliyevin  sədri olduğu Ziyalılar Birliyi iki ildir yerləşdiyi ofisdən çıxarılıb. Bu barədə danışan sədr bildirib ki, qurumun yerləşdiyi mənzilin sahibi ilə bütün sənədlər qaydasında olub.

Lakin mənzilin sahibi mədəni formada ofisdən çıxmalarını istəyib: “Sentyabrın 10-da Nəsimi Rayon Məhkəməsi xüsusi ittiham qaydasında mənim ölkəni tərk etməməyim haqda qərar çıxarandan sonra ev sahibi tez bir zamanda ofisi tərk etməyimizi xahiş etdi. Biz məcburiyyət qarşısında sentyabrın 13-də oradan çıxmalı olduq”.

 

Qeyd edək ki, daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cəzalandırılmasını istəyir. İddiaya səbəb isə Eldəniz Quliyevin yol polisinin qanunsuz əməlləri barədə yazdıqları olub. Kinodramaturq bir müddət əvvəl “facebook” səhifəsində Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkən E.Quliyev naziri məlum problemin həlli istiqamətində konkret addımlar atmağa səsləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam