Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rüfət Quliyevin Eldar Mahmudovla şərikliyi üzə çıxdı

 

“European Tobacco”dakı gəlirləri nazirlə deputat bərabər bölüblər, onun millət vəkilinin mandat alması ilə bağlı təqdimatı da sabiq MTN şefinin verdiyi deyilir 

"Xeberinfo.com":   Məlumata görə, 73 saylı Lənkəran Şəhər Seçki Dairəsindən namizədliyini irəli sürmüş deputat Rüfət Quliyevin sabiq MTN şefi Eldar Mahmudovla şərik olduğu üzə çıxıb. JAM.AZ-a verilən məlumata görə, Quliyevlə Mahmudovun şərik olduğu sahə siqaret biznesini əhatə edib. 

Belə ki, hazırda “European Tobacco” şirkətinin rəhbəri olan və ölkədə siqaret istehsalı sahəsində inhisarçı kimi ad çıxarmış deputat uzun müddət imiş keçmiş MTN şefi ilə şəriklik edirmiş. Hətta bir xeyli müddət Mahmudov öz imkanları hesabına Rüfət Quliyevin mətbuatda “vurulmasının” qarşısını alıb. Ki, adı ortalıqda çox hallanmasın. 

Bəzi iddialara görə, Rüfət Quliyevin deputat mandatı sahibi olmasında da sabiq nazirin rolu olub. Məhz Eldar Mahmudovun verdiyi təqdimat sayəsində sözegdən şəxs deputat siyahısında yer ala bilib. Elə bu seçkilərdə də Rüfət Quliyevin zəmanətinin keçmiş MTN şefi tərəfindən verildiyi deyilir. 

JAM.AZ xəbər verir ki, Lənkəranda heç bir nüfuzu olmayan Rüfət Quliyevin bu məsələdən sonra mandat sahibi ola biləcəyi düşünülür. Ehtimal edilir ki, dövlətə xəyanətdə ittiham olunan sabiq nazirin adamlarının parlamentə buraxılmasına imkan verilməyəcək. 

Xatırladaq ki, 73 saylı Lənkəran şəhər seçki dairəsində Rüfət Quliyevin alternativi həddinədn artıq güclü bir namizəddir. Məşhur uroloq Cavad Cavadzadənin nəvəsi Hüseyn Cavadzadə həm əhalinin rəğbətini qazana bilib, həm də sürətli təbliğat kampaniyası aparır. Belə ehtimal etmək olar ki, bu seçkilərdə hazırkı deputatı elə məşhur uroloqun nəvəsi əvəz edəcək. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam