Nazirlər Düşənbədə görüşdülər -FOTO

Tacikistanın paytaxtı Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
Yenixeber.org: Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" səhifəsində paylaşım edilib.
Xarici işlər nazirləri MDB dövlət başçılarının qarşıdan gələn Zirvə Toplantısının gündəliyinə baxacaq, açıq dialoq platforması kimi mühüm beynəlxalq və regional problemlər, o cümlədən MDB çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə fikir mübadiləsi aparacaqlar.