Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vəli Axundovun 100 illiyinə həsr olunmuş tədbir - FOTOLAR

 

AZƏRBAYCAN KOMMUNİST PARTİYASINDA GÖRKƏMLİ ALİM VƏ DÖVLƏT XADİMİ VƏLİ AXUNDOVUN ANADAN OLMASININ 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLMİŞDİR

 

Xeberinfo.com:   Azərbaycan Kommunist Partiyasında görkəmli alim və dövlət xadimi Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Sədaqətli kommunist, mübariz rəhbər” mövzusunda tədbir keçirildi.

Tədbir iştirakçıları Azərbaycan xalqının sevimli oğlu Vəli Axundovun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin sədri Hacı Hacıyev tədbiri açıq elan edərək bildirdi ki, 2016-cı ilin may ayında Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illiyi tamam olur. Prezident İlham Əliyev akademik Vəli Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan KP MİK-in yanında Marksizm – Leninizm Universitetinin rektoru Ədalət Abdinov Vəli Axundovun həyat və fəaliyyəti barədə geniş məruzə etdi. O, dedi: - Vəli Axundovun Azərbaycan KP MK-na rəhbərlik etdiyi dövrdə Azərbaycan Kommunist Partiyasının XXIV (16-18 fevral 1960), XXV (6-9 sentyabr 1961), XXVI (9-10 yanvar 1964) və XXVII (24-26 fevral 1966) qurultayları keçirilmişdir. Azərbaycan Kommunist Partiyasının XXVII qurultayında hesabat məruzəsi ilə çıxış edən V.Axundov demişdir: «Respublikanın iqtisadiyyatının inkişafı uğrunda mubarizə aparmaq… həmişə başlıca vəzifələrdən biri olmuşdur və biridir. İqtisadiyyat xalqın maddi və mənəvi qüvvələrinin tərəqqisinin əsasıdır… Azərbaycan sənayesi irəliyə doğru böyük addım atmışdır. 7 il ərzində… 61 iri müəssisə tikilib işə salınmışdır. Bunların içərisində Əli Bayramlı Dövlət rayon elektrik stansiyası, Bakı Şin zavodu, Superfosfat zavodu, Komvol kombinatı, Mingəçevir pambıq-parça fabriki, Azərbaycan elektrik avadanlığı zavodu, məişətdə işlədilən elektrik soyuducuları zavodu və başqa müəssisələr vardır. … Respublikanın yeni sənaye mərkəzləri olan Sumqayıt, Kirovabad, Mingəçevir və Əli Bayramlıda tikinti işləri geniş miqyas almışdır… Son illər ərzində bol neft verə bilən bir sıra yeni yataqlar: Sənqəçal-dəniz, Düvannı-dəniz, Kürsəngi, Cənubi Bankə yataqları və s. kəşf edilib… İkinci Zaqafqaziya musiqi baharı, bədii kollektivlərin, ayrı-ayrı incəsənət xadimlərinin xarici ölkələrdəki qastrolları, Azərbaycan rəssamlarının Moskvada, Pribaltika respublikalarında, bir sıra ərəb ölkələrində təşkil edilmiş sərgiləri, 88 Azərbaycan mədəniyyətinin qardaş respublikalarda və sosialist ölkələrində keçirilən həftələri və ongünlükləri, Moskva, Leninqrad teatrlarında və… başqa şəhərlərin teatrlarında Azərbaycan müəlliflərinin pyeslərinin, baletlərinin və operettalarının tama- şaya qoyulması, Azərbaycan bəstəkarlarının simfonik əsərlərinin xarici ölkələrdə ifa edilməsi – bunların hamısı Azərbaycan… mədəniyyətinin öz inkişafında nə kimi böyük nailiyyətlərə çatdığını parlaq surətdə göstərir».

Məruzəçi daha sonra qeyd etdi ki, Azərbaycan KP MK-nın birinci katib kimi Vəli Axundov qətiyyətlə tələb etdi ki, kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi partiya işində başlıca məsələdir. Zəhmətkeşlərin beynəlmiləlçilik ruhunda tərbiyə edilməsi, onların siyasi fəallığının və sosialist şüurluluğunun artırılması zərurətini göstərdi. 
Vəli Axundov mədəni quruculuq sahəsində konkret vəzifələr müəyyən edib, rayon partiya komitələrinə tapşırdı ki, rəhbərliyin forma və metodlarını təkmilləşdirsinlər, ilk partiya təşkilatlarının rolunu artırsınlar. Azərbaycan Kommunist Partiyasının yaradılması və Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 40 illik yubiley tədbirləri bilavasitə Vəli Axundovun təşkilatçılığı ilə keçirildi. O, partiya təşkilatlarından ideya – tərbiyə işində rəsmiyyətçiliyə qarşı mübarizə aparmağı, partiya həyatının Lenin normalarına və kollektiv rəhbərlik haqqında Lenin prinsiplərinə ciddi əməl olunmasını tələb edirdi. İdeoloji işin bütün kəskinliyini burjua ideologiyası təzahürlərinə qarşı yönəltmək zəruriyyətini irəli sürürdü. Kommunizm qurucularının ideya – siyasi tərbiyəsini ideoloji işin ən mühüm vəzifəsi hesab edirdi. Vəli Axundovun ən mühüm xidmətlərindən biri də ondan ibarətdir ki, o, partiyadaxili işin konkret formalarını müəyyənləşdirmişdi.

Ədalət Abdinov bildirdi ki, Sov.İKP MK-nın Oktyabr (1964) plenumundan sonra Azərbaycanda partiyanın nüfuzunun daha da artmasında , partiya sıralarının birliyinin və kütlələrlə əlaqəsinin mıhkəmləndirilməsində Vəli Axundovun xidmətləri çoxdur. O, dəfələrlə göstərmişdir ki, neft uğrunda mübarizə respublika partiya təşkilatının əsas vəzifəsidir.

Vəli Axundovun başçılığı ilə Azərbaycan kommunistləri 1961-ci ildə Sov.İKP Proqramı və layihələrini yekdilliklə bəyəndi və respublikanın partiya təşkilatlarına bir vəzifə olaraq tapşırıldı ki, Sov.İKP Proqramı layihəsinin öyrənilməsi işini genişləndirsinlər.

Tədbirdə çıxış edən Azərbaycan KP MİK-in sədr müavini Ələsgər Xəlilov, Rusiya Fəhlə Kommunist Partiyası Akademiyasının məzunu Vitaliy Vadulin, kommunistlərdən Akif Orucov və Süleyman Quliyev Vəli Axundovun Azərbaycan kommunistlərinə rəhbərlik etdiyi 1959-1969-cu illərdə qazanılmış uğurlardan danışmışlar.




Azərbaycan Kommunist Partiyasının mətbuat xidməti

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam