KEÇMİŞƏ QAYIDIŞ ...
Xeberinfo.com: Azərbaycan Kommunist partiyası Marksizm-Leninizm Universitetinin rektoru Ədalət Abdinov da 29.02.2016-cı il tarixdə “Xeberinfo.com” saytında “Kənd təsərrüfatındakı problemi necə həll etməli?” kimi vacib məsələni bir daha önə çəkmək istəyib. O, kənd təsərrüfatının bərbad vəziyyətdə olması haqqında özündən əvvəl deyilmişləri təkrar edərək danışıq məharətini oxuculara göstərməyə calışıb. Onun çıxışının əvvəlinci və sonuncu abzaslarına diqqət yetirək və görək orada yeni bir fikir varmı.
XEBERİNFO.COM: “Azərbaycanın kənd təsərrüfatı bərbad vəziyyətdədir. Bu gedişlə ölkəni daxili ərzaqla və kənd təsərrüfatı xammalı ilə etibarlı şəkildə təchiz edilməsinə nail olmaq, bunun üçün kifayət qədər ehtiyata malik olmaq mümkün deyildir. Mövcud xoşagəlməz vəziyyətin iqtisadi və siyasi fəsadları kənd həyatının maddi və mədəni-məişət şəraitinə çox mənfi təsir göstərmişdir. Bu sahədə təxirə salınmaz işlər görülməsinə ciddi ehtiyac var...
Azərbaycan Kommunist partiyası kollektiv istehsal təsərrüfatlarının yaradılmasını ölkənin aqrar bölməsinin dirçəldilməsində və inkişafında ən düzgün addım sayır, dönüş mərhələsi hesab edir. İri tətəsərrüfatları respublikanın pambıqçılıq, taxılçılıq, heyvandarlıq və bağçılıq-bostançılıq zonalarında gecikdirmədən yaratmaq lazımdır.Bununla da geridə qalmış, böhran keçirmiş kənd təsərrüfatı dağınıq vəziyyətdən çıxacaq və kənddə məhsuldar qüvvələrin inkişafına yeni təkan veriləcək, ərzaq proramının təminatının əsası qoyulacaqdır.
Şübhəsiz, kollektiv əmək əsasında iri kənd təsərrüfatı istehsalını birgə artırmaq üçün kəndlilərin könüllü kooperativ təşkilatları Azərbaycan kəndinin əmək,məişət və həyat tərzini əsaslı surətdə dəyişdirəcəkdir. Cünki bu yol tarixin yoxlanılmış , uğurla sınaqdan çıxmış və kəndlilərin xüsusiyyətlərinə uyğun bir yoldur”.
Kənd təsərrüfatındakı bu qüsurların hansı vaxtdan, hansı səbəblərdən törədiyini isə mən faktlarla açıqlamaq istəyirəm. İkinci dünya müharibəsi başa catdıqdan sonra Sovetlər birliyi sürətlə iqtisadi inkişafa nail oldu.Kecən əsrin 60-cı illərinə qədər sovxozlarla yanaşı kolxozlar (kollektiv təsərrüfatlar) da fəaliyyət göstərirdilər. Koxozlarda istehsal olunan məhsullardan kolxozçuların qazandıqları əmək günlərinə münasib onlara yağ, pendir, bostan məhsulları ilə yanaşı pul vəsaiti də ödənilirdi. Bundan başqa imkan verilirdi ki, mal-qara və qoyun da saxlasınlar. Bir detalı da qeyd edim ki, kənddəki dövlət satış dükanından qəndi və şəkəri almaq üçün pul əvəzi toyuq yumurtası tələb olunurdu. Kənddə yaşayanlar özləri istehsal etdikləri yağı, pendiri , şoru kolxoz bazarında satışa çıxarırdılar. Onlar bəsləyib böyütdükləri mal-qaranı yeri düşəndə kəsib alışma (hər pay 2-3 kq çəkidə) edər, kənd əhlini təzə ət məhsulu ilə təmin edərdilər.
N.S. Xruşşov hakimiyyətə gələndən sonra(1953-cü ilin sentyabrından Sov.İKP MK-nın birinci katibi, 1958-ci ildən SSRİ Nazirlər Sovetinin sədri olub) 60-cı illərdən başlayaraq kolxozlar ləğv olunub sovxozlaşdırıldılar. Və beləliklə kəndlilər son dayaqları olan kollektiv mülkiyyətdən məhrum oldular. Sovxozlaşma nəticəsində kənddə yaşayanlar 100-150 rubluq əmək haqqına möhtac oldular. Rubl dolları üstələsə də kənd yerində həmin məbləğlə yaşamaq mümkün olmadı.
N.S.Xruşşovun üzdən iraq uzaq görənliyi ilə sosializmin tam və qəti qələbəsindən sonra 1961-ci ildə Sov.İKP-nın 22-ci qurultayında partiyanın Ücüncü Proqramı qəbul olundu və 10-20 il ərzində İqtisadi inkişafda ABŞ-na çatası və onu ötəsi oldu. Sanki ABŞ yerində dayanıb durmuşdu...
Nikitanın özbaşına qəbul etdiyi qərarlar onunla nəticələndi ki, heyvan otlayan örüşlərə kəndlilərin heyvanları buraxılmadı. Ailəyə ayrılan 25 sot torpaq sahəsində mal-qara saxlamaq mümkünsüzləşdi. Həmin bu kiçik ərazini suvarmağa su çatışmırdı. Kənd əhli indi yağ-şor, qatıq və ət məhsulu üçün dövlət dükanlarına ayaq döyür, imkanı olanlar şəhərlərdə yaşamağa üstünlük verirdilər. Həmin illərdən başlayaraq iri vəzifələrə qohumlar, qudalar sahib olurdular. Direktorlara uçot-hesabatda görünməyən maliyyə sanksiyaları tətbiq olunurdu. İstehsalda saxta maliyyə sənədləri özünə yurd-yuva salırdı. Kəndlər boşalır, şəhər əhalisi çoxalırdı. Bax bu kimi neqativ hallar kənd təsərrüfatının inkişafına kəskin mənfi təsir göstərirdi. Mən kənd təsərrufatı istehsalatının təşkilində və başqa sahələrin idarə edilməsində 40 il işləmişəm və mən səviyyədə olanların Abdinov kimilərinin moizələrinə ehtiyacı yoxdur. Düz dörd il institutda ali təhsil alarkən marksizmi öyrənməklə məşğul olmuşam.
Kənd təsərrüfatının inkişafına mane olan bir sıra neqativ hallar bu gün də davam edir. Müstəqil olduğumuz bir dönəmdə kənd təsərrüfatı məhsulları xaricdən idxal olunur. Ən xoşakəlməz vəziyyət də odur ki, həmin məhsullar səlahiyyətli şəxslər tərəfindən inhisara alınır. İcra hahimiyyətlərinin başçıları isə bölgələrdə Allahın canişini-müavini rolunu oynayırlar. Qanunlarla hesablaşılmır, həbslər davam edir, mənsəbpərstlyin kökü kəsilmir.
Bəs indi bərbad vəziyyətdə olan kənd təsərrüfatının inkişafı üçün neyləmək lazımdır? Vaxtı ilə inkişafda özünü doğrultmuş Kolxoz kooperatib (kollektiv təsərrüfat) quruluşunu bərpa etmək və yaxud dəbdə və dildə olan İri kəndli təsərrüfatlarını yaratmaq. Əgər belə bir inkişaf yolu seçilərsə; kənddəki və rayondakı səlahiyyətli şəxslərin təşkil olunmuş istehsal müəssisələrinin işinə qarışmaqları qəti qadağan olunmalı, təftişlərə son qoyulmalı, işcilərin əmək haqqına hesablanmış məbləğdən məcburi tutulmalardan (gəlir vergisi, sos.sığortanın 2 %-i, tovar-kredit, aliment), əmək haqqına üstəlik hesablanmış sosial sığorta haqqını çıxmaq şərtiylə hər növ vergidən azad olunmalı, sənaye müəssislərindən fərqli olaraq istehsal təbii şəraitlə əlaqəli olduğundan imkan daxilində maliyyə yardımları edilməlidir....Təçrübədə özünü doğrultmuş keçmiçə qayıdış irəliyə istiqamət götürmüş sahibkarın düzgün baxışı ola bilər.
Cənab Ələddin Abdinov! Sizi bir balaca tənqid etmək istəyirəm. Ehkamçı Lenin baxışları ilə Marksın davamçı ola bilmədi. Tarix göstərir ki, ləyaqətinə, bilgisinə görə ancaq Engels Marksın davamçısı ola bilib. Şəxsən mən Marksın və markizmin tərəfdarıyam. “Xeberinfo. com“ saytı vasitəsiylə çıxışılarımda bunu dəfələrlə qeyd etmişəm. Lenin çəyirtgə kimi cırıldayıb “tovalişşi” deyə-deyə bütün dünyanı qara günə qoyub. Kitablarına görə dünyanın alimləri sırasında onuncu yeri tutan ZİQMUND FREYDİN dediklərinə diqqət yetirək. Freyd yazmışdır: Marks şübhəedilməz avtoritetdir, iqtisadi amillərin insanların psixologiyasına, onların dünyagörüşlərinə təsir etməsi haqqında marksizmin fundamental müddəası təkzib edilməzdir... Freyd bolşevizmə, hər cür totalitarizmə düşmən idi... Marksizmi rus bolşevizmi bədxahlığa çevirdi, rus bolşevizmi bir eksperiment tətbiq etdi; o, sözə və təfəkkürə”qadağan” qoymaqla sivilizasiyaya xeyli ziyan vurdu”.
Qeyri-şüurini (insan RUH-nu) kəşf edən Ziqmund Freyd olmuşdur. O, 1856-cı ildə Freyburq şəhərində dünyaya gəlmiş, sonralar onun ailəsi Vyanaya köçmüşdür.Faşistlər onu təqib etməyə başlayanda F.Ruzvelt işə qarışaraq onu ölümdən qurtarmış, 1939-cu ildə o, Londona gətirilmiş və 1939-cu ildə burada da vəfat etmişdir.
Ə. Abdinov! Dünya miqyasında Leninizm özünün təstiqini tapmadığı və artıq dəfn olduğu halda onu mərksizmə calaşdırmaq marksizmi anlamamaq deməkdir. Leninizmin ortaya çıxması 10 milyonlarla insanların məhvinə səbəb olub. Siz leninizmi marksizmə calaşdırmaqla Kərbəlayı İsmayılı (F.Kərimzadənin “Qarlı aşırım” yaxud həmin tarixi əsər haqqında “Axırıncı aşırım” kino filmi), Zeynalabdın Tağıyevi və Nəriman Nərimanovu... və bu kimi tarixi şəxsiyyətləri unutmuş olursunuz və unutduqların Lenin ideyalarının qurbanlarına çevrilmişlər.
Əgər Siz Lenini və onun izmini çox sevirsinizsə nəşi movzoleydədir, balalaykanı götürün, istədiyiniz bəstəni də orada yazıb ifa edin.
78 yaşlı təqaüdçü Quliyev Elxan Sarı o.