Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

“Azercell” gəlirlərini gizlətdi, hesabatı sildi –DETALLAR

“Azercell” gəlirlərini gizlətdi, hesabatı sildi – Araşdırma
“Azercell Telekom” 2023 və 2024-cü illərə dair maliyyə hesabatlarını hələ də ictimaiyyətə təqdim etməyib. Bu azmış kimi daha əvvəl açıqladığı 1996–2022-ci illərə aid hesabatları da rəsmi saytından silib. Şirkət artıq maliyyə hesabatının açıqlanması nəzərdə tutmur. Maraqlıdır ki, “Azercell” nəyi gizlədir?.
Yenixeber.org: Bu barədə mütəxəssis İlkin Məmmədkərimov bildirib. Onun sözlrinə görə, “Azercell” arrtıq maliyyə hesabatlarını açıqlamaq fikrində deyil. Bu isə tamamilə yanlış addımdır. Çünki şəffaflıq baxımından bu hesabat hər il açıqlanmalıdır:
“Mən məsələni ictimailəşdirməmişdən öncə bir neçə dəfə şirkətin call center-nə müraciət etdim. Ancaq konkret cavab ala bilmədim. Halbuki əvvəlki illərdə “Azercell” nümayəndəsi gecikməni “texniki hesablamalarla” izah edərək hesabatların sonradan sayta yerləşdiriləcəyini bildirmişdi.
Şirkətin bu addımı onun gəlirlə fəaliyyət göstərdiyini gizlətmək cəhdi kimi qiymətləndirilə bilər. Xatırladım ki, “Azercell”in 51%-lik səhmləri 2018-ci ildə “TeliaSonera”dan Azərbaycan dövlətinə (AzinTelecom) keçmişdi. Həmin vaxt şirkətin gəlirli olduqda yenidən özəlləşdiriləcəyi bildirilmişdi. Lakin ötən 7 il ərzində bu istiqamətdə heç bir addım atılmayıb”.
Ekspertin sözlərinə görə, məhz bu qeyri-müəyyənlik və rəqabətsizlik “Azercell”in xidmət keyfiyyətinin aşağı düşməsinə və qiymətlərin artmasına səbəb olub:
“Hazırda “Azercell” ölkədə ən bahalı mobil operator olsa da, internet sürəti və tarif şərtləri rəqiblərindən çox-çox geridə qalır. Xidmət isə olduqca aşağı səviyyədədir”.(tribunainfo.az)
Qarşı tərəfi dinləməyə hazırıq.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam