Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

İcra başçısı Rafiq Cəlilovun yubileyinə nə hədiyyə ediblər?-VİDEO

media-rafiqqq
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov özünə həsr olunan sənədli film çəkdirib.
Yenixeber.org: Belə bir iddia sosial şəbəkədə paylaşılıb.
Məsələ ilə bağlı videoda yer alan, icra başçısının birinci müavini Qalib Xudaverdiyev oxu.az-a açıqlamasında sənədli film iddiasını tamamilə əsassız adlandırıb.
 İki il əvvəl çəkilən ad günü təbrikidir. Daxili, qısa bir təbrik videosudur. İndi kiminsə əlinə keçib, götürüb belə paylaşıb şantaj edirlər. Onu kimin paylaşdığını da bilirik, qərəzçi, öz maraqları üçün hamını şantaj edən adamdır – Asəf İsmayılov adında bir şəxsdir. Vaxtilə bələdiyyə sədri işləyib, müəyyən neqativ hallara yol verdiyinə görə sonra işdən uzaqlaşdırılıb. İndi də belə qərəzlə məşğuldur. Bu video da necəsə əlinə keçib. Dəqiq bilmirəm, ola bilər ki, kimsə öz profilində paylaşıb, o da götürüb belə istifadə edir”.Burada qeyri-adi nə var ki? Adam öz tanıdığı biri ilə bağlı öz şəxsi fikirlərini deyib. Burada qəbahətlik nəsə bir şey yoxdur. Təkrar edirəm, heç bir filmdən söhbət getmir. Hansı icra başçısı özünə film çəkdirir ki? Sadəcə daxili, bir neçə nəfərin səsləndirdiyi bir təbrik olub”, – deyə Q.Xudaverdiyev bildirib.
Lakin göründüyü kimi, icra başçısı öz yübileyini təmtaraqla qeyd etməsi, özü haqqında film çəkdirməsi  danılmaz fakt olaraq qalır.
media-rafiq
Qeyd edək ki, Rafiq Cəlilov 2021-ci il ildən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısıdır.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam