Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Batı Göz” klinikasının baş həkiminin cinayət işi -Benzin pulu, təmir, dərman adı ilə 72 minlik mənimsəmə

bitmap-img6

“Batı Göz” klinikasının baş həkimi vəzifəsində çalışan Emin Hüseynovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. O, külli miqdarda mənimsəmədə ittiham olunub. Lakin zərəri ödədiyi üçün şərti cəza alıb.
Yenixeber.org: Emin Hüseynov mənimsəmə cinayətini Şamaxı və Qobustan rayon Mərkəzi xəstəxanalarının baş həkimi olduğu zaman törədib.
İttihama görə, Hüseynov adı çəkilən xəstəxanaların direktoru işləyərkən xəstəxanalarda müxtəlif adlarla külli miqdarda mənimsəməyə yol verib. Mənimsəmənin əsas hissəsi Şamaxı xəstəxanasında baş verib.
Belə ki, baş həkim kompüter və periferiya avadanlıqlarının təmiri və texniki qulluq xidmətlərinin göstərilməsi, katriclərin doldurulması adı ilə mənimsəmə edib. Şamaxı xəstəxanasının əsaslı təmiri, xəstəxanalara dərman vasitələrinin alınması və nəqliyyat vasitələri üçün yanacaq xərcləri yazaraq təyin olunan pulları şəxsi ehtiyaclarına xərcləyib. Bununla da 72 min manat vəsaiti ələ keçirib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Hüseynov dindirilən zaman əməlindən peşman olduğunu deyib.
Həkimin ifadəsindən məlum olub ki, bu əməlləri tanıdığı şirkətlər vasitəsi ilə edib. Belə ki, istintaq zamanı müəyyən edilən şirkətlərin hesabına pullar köçürülüb və sonradan nağdlaşdırılaraq ona verilib. Bunun qarşılığında həmin şirkətlərin rəhbərlərinə 20 faiz də qazanc verib. Maraqlıdır ki, şirkətlərin adı məlum olsa da, istintaq zamanı mənimsəmə işində baş həkimə kömək edən şəxslər məsuliyyətə cəlb edilməyib.
Emin Hüseynov dindirilən zaman həmin şəxslərin xəbərsiz olduğunu deyib.
Məhkəmə zərərin ödənilməsini, Hüseynovun ilk cinayət əməli törətməsini nəzərə alaraq ona şərti cəza verilib. Hökmə əsasən, Emin Hüseynov 1 il sınaq müddəti müəyyən edilməklə şərti cəza alıb.(musavat)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam