Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Baş həkimin "qoruyucu mələkləri" bu dəfə də onu prokurorluqda müdafiə etdi -

Baş həkimin "qoruyucumələkləri" bu dəfə də onu prokurorluqda müdafiə etdi - VİDEO

"Hazırda Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışan Emin Hüseyn əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Onun rəhbərliyi dövründə Astara RMX-də korrupsiya, özbaşınalıq və səriştəsizlik halları baş vermişdir. 2 milyon manat vəsaiti mənimsədiyinə görə və Astara sakinlərinin çoxsaylı şikayətləri nəticəsində, 2015-ci ildə vəzifəsindən azad edilərək Qobustan Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyinat almışdır.

Yenixeber.org:Məlum olmuşdur ki, Emin Hüseyn 22.08.1979-cu ildə Bakı şəhərində anadan olub, əslən Gürcüstan Respublikasındandır. Bakı şəhərində 132 saylı orta məktəbdə, Azərbaycan Tibb Universitetinin Oftalmologiya fakültəsində və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təhsil almışdır.
Emin Hüseyn, 2001-ci ildə Müsavat Gənclər Təşkilatının sədrliyinə keçirilmiş seçkilərdə namizəd olmuş, 117 nəfər konfrans nümayəndələrindən 34 səs toplayaraq seçkidə məğlub olmuş, təşkilatın o zamankı sədri - Emin Əlisoyla koalisiyaya girərək təşkilat sədrinin birinci müavini postuna təyinat almış və yalnız 2015-ci ildə Müsavat Partiyasının Səbail Rayon Təşkilatının üzvlüyündən imtina etmişdir.

Mütəmadi olaraq siyasi əqidəsini dəyişən Emin Hüseyn sosial şəbəkələr vasitəsilə erməni mənşəli qadınlarla yazışaraq sevgi macərası yaşayır, ölkə xaricinə səfərləri zamanı isə onlarla görüşərək eyş-işrət məclislərində iştirak edir.

Emin Hüseynin hazırda Qobustan RMX-də Kadrlar şöbəsinə təyin etdiyi işçi - Esmira Abdullayeva ( ad şərtidir- xanımın gerçək ad-soyadını yazmağı doğru hesab etmədik-red.) ali təhsili və tibbi ixtisası yoxdur. Emin Hüseyn digər qadınla ailəli olsa da, Esmira Abdullayeva ilə Bakı şəhərində xəlvəti yerdə aldığı ünvanda vətəndaş nikahı ilə yaşayırlar. Esmira Abdullayeva ilə Emin Hüseynin tanışlığı Astara RMX-də işləyərkən yaranıb. Esmira Abdullayeva, Qobustan RMX-də işçilərlə kobud davranır, onların maaş kartlarını məcburi formada əllərindən alaraq maaşlarını özünə götürür, bəzi işçilərdən isə aylıq 20 manat məbləğində rüşvət tələb edərək baş həkimə təqdim edir. Həmçinin, Esmira Abdullayevanın eks həyat yoldaşı, onların övladları, valideynləri və rəfiqələrinin adları RMX-də işçi kimi qeyd edilsə də, iş yerinə gəlmədən aylıq maaşlarını alırlar.

Qobustan RMX-də Emin Hüseyn tərəfindən həyata keçirilən müxtəlif saxtakarlıq halları nəticəsində müxtəlif işçilərin xəbərləri olmadan onların guya hansısa tibb müəssisələrinə kurslara ezam edilməsi üçün hər ay 50 manat pul silinir. Səhiyyəyə aid xəstəlik bülletenləri və sürücülük vəsiqələri üçün tibbi arayışlar müvafiq reyestr qeydiyyatı aparılmadan 50 - 100 manat rüşvət müqabilində vətəndaşlara təqdim edilir, xəstəxana üçün ayrılan cari xərclər və yanacaq təminatı saxta sənədlər əsasında mənimsənilir.

Guya xəstəxanada hər ay 50 nəfərə yaxın xəstənin ambulator müalicə aldığını göstərən saxta sənədlər tərtib edilərək onlar üçün ayrılmış dərman vəsaitləri, yemək və istilik xərcləri, uşaq fondu üçün ayrılan pul və dərman vəsaitləri hər ay ərzində Emin Hüseyn tərəfindən şəxsi məqsədləri üçün istifadə edilir. Bundan əlavə, Emin Hüseynin göstərişi ilə, Qobustan rayon sakinlərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Qobustan Şöbəsindən pensiya almaları üçün əlillik dərəcələrinin təyinatı zamanı hər şəxsdən 200 manat rüşvət tələb edilir.

Dini ibadətlə məşğul olmağına baxmayaraq, baş həkim Emin Hüseyn xəstəxanada çalışan tibb işçilərindən hər ay rüşvət tələb etməklə onların şəxsiyyətini alçaldır, buna qarşı çıxanları isə təhqir edərək hədələyir. Hazırda Qobustan Rayon Mərkəzi Xəstəxanasında işçi kimi adları qeyd edilmiş, lakin iş yerinə gəlmədən yalnız staj toplayan 30 nəfərə yaxın tibb işçisinin maaş kartları da baş həkimin şəxsi cibinə xeyir gətirir.

Baş həkim xəstəxananın Təklə, Sündü, Ərəbşalbaş, Cəyirli, Cəmcəmli, Qurbançı, Nabur, Şıxzahırlı, Xilmilli, Bədəlli, Yekəxana, Poladlı, Çalov, Ərəbqədim, Dərəkənd və Cəngi kəndlərində yerləşən məntəqələrinə ayrılan dərman və pul vəsaitlərini də gündəlik xərclərini ödəməsi üçün əlavə gəlir mənbəyi kimi istifadə edir, mühasibatlıq vasitəsilə pul ayırmalarını özünə sərf edən istiqamətlərə yönəldir. Bununla yanaşı, RMX-nin nəzdindəki Konsultativ Poliklinikanın şöbə müdiri - Qurban Kərimovla əlbir olaraq, Poliklinikaya ayrılan pul vəsaitlərini də şəxsi məqsədləri üçün istifadə edir. Bu işdə Qurban Kərimov ona yaxından köməkliyini göstərir.

Xəstəxananın İdarəetmə aparatı, Mühasibatlıq, Konsultativ Poliklinika, Psixonevroloji, Vərəm və Stomotoloji Kabinetləri, Təsərrüfat, Ümumi xəstəxana, Qeydiyyat, Fizioterapiya və tibbi bərpa, Təcili və Təxirəsalınmaz Tibbi Yardım, Laboratoriya, Şüa-diaqnostika, Stasionar, Cərrahiyyə, Terapiya, Pediatriya, Mama-ginekologiya, Anesteziologiya və Reanimasiya, Yoluxucu xəstəliklər və Əczaçılıq şöbələrində özbaşınalıq, süründürməçilik, rüşvətxorluq halları rayon sakinlərinin haqlı hiddətinə səbəb olmuşdur.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının işçiləri olaraq, biz, Prezidentimiz cənab İlham Əliyev və Səhiyyə nazirimiz cənab Oqtay Şirəliyevdən yuxarıda qeyd etdiyimiz qanunsuzluğun və korrupsiya faktlarının qarşısının alınmasını, Emin Hüseynin barəsində qanuni tədbir görülməsini xahiş edirik".

Bu məktub Hələ 2016-cı ildə Qobustan rayon Mərkəzi Xəstəxanasının işçiləri tərəfindən "moderator.az" saytına ünvanlanıb.

Sözügedən şəxs - Qobustan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseynlinin kimliyi, keçmişi barəsində təkrar yazıb vaxtınızı almaq istəmirik. Zatən yuxarıda yazılan məktubda və aşağıdakı linkdə İstər Astara rayonunda, istərsə də Qobustan rayonunda necə fəaliyyət göstərdiyi və davranışları barəsində onu yaxından tanıyanlar danışıb.

Linkə bax !

Amma, biz bu dəfə bizə maraqlı olan daha bir məsələyə toxunmaq istəyirik.

Baxın, məktubu yazan xəstəxana işçiləri hələ 2016-cı ildə media vasitəsilə aidiyyəti qurumlara müraciət ediblər. Gərçi bu məktubdan sonra o işçilərin hələ də orada çalışıb-çalışmadığını deyə bilmərik. Amma, "DogruXeber.az" informasiya agentliyinə müraciət edən işçilərə verdiyi cəzanı da elə bizim yayımladığımız məlumatlardan xatırlamış olarsınız.



Həmçinin xatırladaq ki, Emin Hüseynli məlumatları yayımlamadan öncə, qarşı tərəf olaraq mövqeyini dinləmək üçün zəng etdiyimizdə hətta bizi belə təhdid etməyə cürət etmişdi.



Biz bunu da agentliyimizdə yayımlayıb, aidiyyəti qurumlara lazımi tədbirlər görməsi üçün müraciət etmişdik.

Amma, çi fayda...

Odur ki, baş həkimin bizi "qapımızı başqalarına döydürəcəyi" ilə təhdid etdiyinə görə məlumatları oxuyan aidiyyəti qurumların susqunluğuna da biz susa bilmədiyimiz üçün, bir neçə ay öncə Qobustan rayon prokurorluğuna müraciət etdik.

Yeri gəlmişkən onu da qeyd edək ki, əslində Qobustan rayon sakinləri Emin Hüseynli barəsində şikayətlərə Qobustan rayon Prokurorluğunun baxmadığını bizə söyləmişdilər. Doğrusu hüquq-mühafizə orqanının bu qədər insanların hüquqlarını deyil, məhz hüquqlarını pozan şəxsi mühafizə etdiyinə şübhə etmişdik.

İnsanlıq halı. Görünür biz də yanıla bilirik.

Yanıldığımızı bizə baş redaktorumuz Kamal Əsgərovun Qobustan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Emin Hüseynlinin qanunsuz əməlləri və redaksiyamızı təhdid etdiyinə görə etdiyi müraciəti rədd edən Qobustan rayon prokurorluğu özü sübut etdi.

Yeri gəlmişkən, bildiririk ki, Emin Hüseynlinin redaksiyamızı təhdid etməsi ilə bağlı biz Daxili İşlər Nazirliyinə müraciət ünvanladıq. Nazirlik isə müraciətimizi aidiyyəti üzrə Qobustan rayon Prokurorluğuna yönləndirdi. Qobustan rayon prokurorluğundan müstəntiq bir neçə dəfə baş redaktor Kamal Əsgərov ilə telefon əlaqəsi saxlayıb, prokurorluğa getməsini təkid edərək, getməsinin mütləq və vacib olduğunu israr etdi. İşlərimizin çoxluğuna rəğmən, bu qədər yol qət edib, Qobustan rayon prokurorluğuna getdik. Lakin, bir neçə ay heç bir nəticə və məlumat olmadığını görüncə, özümüz getməli olduğumuzu israr edən müstəntiq xanımla telefon əlaqəsi saxladıq. Xanım bildirdi ki, "müraciətiniz prokurorluq tərəfindən rədd edilib."

Maraqlıdır. Görəsən səbəb nədir?

Hələ üstəlik müraciətimizin rədd edildiyi barəsində məlumat verməyi də lüzum bilməyiblər. Yəni, zəng etməsək, xəbərimiz olmayacaqdı.

Emin Hüseynli barəsində prokurorluğa şikayət edən yeganə tərəf deyilik. Bir neçə Qobustan rayon sakinləri, Mərkəzi Xəstəxananın keçmiş (Emin Hüseynlinin işdən haqsız çıxardığı) işçiləri, hətta eşitdiyimizə görə Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləyərkən də oradakı bəzi sakinlər, xəstə yaxınları onun barəsində hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət ediblər.



         Nəticə isə....

Nəticəsi yoxdur. Emin Hüseynli hələ də baş həkim vəzifəsində çalışır. Korrupsioner əməllərinə, çoxsaylı şikayətlərə görə iş yerini dəyişmək nə deməkdir?

Buna deyirlər: "Bıgdan götürüb, saqqala qoymaq". Eynilə Beyləqan şəhər Hərbi komissarlığının rəisi Əlsafa Məmmədov kimi.

Linkə bax !

Maraqlıdır, axı hüquq mühafizə orqanları adı bu qədər mənfilik saçan olaylarda hallanan Emin Hüseynlinin barəsində qanuni addımlar atmağa niyə çəkinir?

Axı kimdir Emin Hüseynli?

Onun "qoruyucu mələyi" kimdir?

"Qoruyucu mələk" demişkən, əgər bu qədər özbaşınalıqlarına rəğmən, o "mələk" hələ də Emin Hüseynlini qoruyursa, bu o deməkdir ki, o özü də eyni "iş prinsipi" ilə çalışır. O da xalqı və qanunları saymır ki, saymayanı da mühafizə edir.

Bəs deyirlər "qanun şahdır"?!

Əgər belədirsə, o zaman niyə qanunları "əmr qulu" yerinə, istədiyi kimi idarə edənlərə göz yumulur?

Dövlət büdcəsindən kifayət qədər əmək haqqı ayrılan hüquq-mühafizə orqanları, hüquqlarımızı niyə müdafiə etmir?

Qobustan rayon prokurorluğu niyə Emin Hüseynli barəsindəki bütün şikayət və müraciətləri rədd edir?

          Səbəb nədir?

Çox təəssüflər olsun ki, Qobustan rayon prokurorluğu kimi, digər bir çox rayonlarda da fəaliyyət göstərən yerli prokurorluqlar şəxsi maraqları naminə vətəndaş müraciətlərinə qarşı bu cür laqeydlik nümayiş etdirirlər. Hətta görməzdən gəlirlər desək daha doğru olar.
Düşünürük ki, Azərbaycan Respublikasının baş prokuroru cənab Kamran Əliyev yerli prokurorluqlarda yoxlamaların təşkil edilməsi və tutduqları vəzifədən şəxsi maraqları üçün istifadə edən səlahiyyət sahiblərinin cəzalandırılması üçün lazımi tapşırıqlar verəcəkdir.
Buna ümid edirik.
Mövzuya qayıdacağıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam