Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“Atlant“ İstirahət Mərkəzi qayınata ilə kürəkəni məhkəmədə bir-birinə qarşı qoyub

bitmap-img6

Bakı Ağır Cinayətlər Məhkəməsində "Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun da adının keçdiyi cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Söhbət Təbriz MTK tərəfindən mənzil almaq istəyən vətəndaşların aldadılması ilə bağlı cinayət işindən gedir. 
Yenixeber.org: Bu iş üzrə Tahir Qədəşov şahid, kürəkəni Nofəl Hacıyev isə təqsirləndirilən şəxsdir. Nofəl Hacıyevlə müttəhimlər kürsüsünü şirkətin icraçı direktoru Talış Məhəmmədov bölüşüb. 
İttihama görə, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində "Təbriz" MTK-nın inşası davam edən binasından bir mənzili bir neçə şəxsə sataraq dələduzluq yolu ilə 171 vətəndaşdan ümumilikdə 14 milyon manat əldə edib. Vətəndaşlardan toplanan vəsait "Atlant"ın təmir və tikinti işlərinə sərf olunub. İbtidai istintaq zamanı "Atlant"ın üzərinə həbs qoyulub. İttihamlar məhkəmə yolu ilə sübuta yetirilsə, hökmdən sonra bu əmlak zərərçəkmişlərə dəymiş maddi ziyanın ödənilməsi məqsədilə müsadirə oluna bilər. 
Ötən məhkəmə iclasında istirahət mərkəzinin üzərinə qoyulmuş həbsin aradan qaldırılması ilə bağlı vəsatət təqdim olunsa da, məhkəmə təmin etməyib. Əvvəlki iclaslarda isə zərərçəkmişlər "Atlant"ın sahibi Tahir Qədəşovun da məsuliyyətə cəlb olunmasını tələb edib. Hakim vəsatəti baxılmamış saxlayıb. 
Aprelin 24-də isə məhkəmə yenə sözügedən MTK-dan mənzil almış vətəndaşları şahid kimi dindirib. Şahidlər bildirblər ki, bu iş üzrə cinayət işi başlanandan sonra onları da istintaqa dəvət ediblər. Müstəntiqlər onlara aldıqları mənzillərin digər vətəndaşlara da satıldığını deyiblər. Ancaq hazırda aldıqları mənzilləri təmir edib yaşamağa davam edirlər və heç bir problemlə qarşılaşmayıblar. 
Nöfəl Hacıyev daha bir neçə əlavə şahidin dindirilməsi ilə bağlı vəsatət qaldırıb. Tahir Qədəşovun vəkilləri məhkəməyə bildiriblər ki, "Təbriz" MTK ilə bağlı istintaqın irəli sürdüyü ittihamların hüquqi əsası yoxdur. Bu sözlərdən sonra vəkillərlə Nofəl Hacıyev arasında mübahisə düşüb. Hakim tərəflərə xəbərdarlıq edib ki, məhkəməyə hörmətlə yanaşsınlar. 
Tahir Qədəşova gəlincə, o, qeyd olunduğu kimi, bu iş üzrə şahid kimi dindirilib. Ötən məhkəmə iclaslarından birində ifadə verərək bildirib ki, "Atlant" ona bir sahibkar olaraq heç bir mənfəət gətirməyib. Ancaq çıxışının davamında məlum olub ki, "Atlant"ın illik gəliri 10 milyon manat civarındadır. Tahir Qədəşov deyib ki, həmin pullarla banklardan götürülmüş kreditlər ödənilir. Nofəl Hacıyevin vəkili "Atlant"da müvəkkilinin 40 faiz payı ilə bağlı Tahir Qədəşova sual verib. Qədəşov suala ümumi cavab verib, bildirib ki, Nofəl Hacıyev "Atlant"ın şəriki olsaydı, ora ildə iki dəfə yox, tez-tez gəlib-gedərdi. Nofəl Hacıyev isə bildirib ki, "Atlant"ın təməli qoyulandan o və komandası orada olub: "Qoy bunu Tahir müəllim desin. Əgər şəriklik yoxdursa, "Təbriz" MTK-dan ev alan vətəndaşlardan bir qisminin pulları necə qaytarılıb? Pulların bir qismini Tahir müəllim qaytarıb. Əgər şərik deyildiksə, niyə o pulları qaytarırdı? Tahir müəllim, əgər mən şərik olmamışamsa, "Atlant”da o kotlavanları kim qazdırıb? 3 manata kvadratı beton tökdürmüşəm. Orada 150 nəfər işçi işləyib. 2 nəfər dünyasını dəyişib. Qalanları sağdır axı. Tahir müəllimlə ikimiz "Təbriz” MTK-da olmuşuq”.
Nofəl Hacıyev onu da əlavə edib ki, vətəndaşların aldadılmasında Tahir Qədəşov da iştirak edib. 
"Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və sair var. "Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam