Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Məşhur istirahət mərkəzi “Atlant”ın sahibi həbsə gedir –ŞOK İFADƏ VERİLDİ

Nabranda, Xəzər dənizinin sahillərində tikilmiş “Atlant” İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun həbsi tələb olunur.

Yenixeber.org: Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev hazırda həbsdədir.

O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. Bildirilir ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar hüquq mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra Nofəl Hacıyev saxlanılıb. Aparılan istintaqla onun ümumilkdə 171 vətəndaşdan 14 milyon manatdan artıq pul aldığı, lakin mənzilləri onlara təqdim etmədiyi məlum olub. İsitntaq zamanı Nofəl Hacıyev vətəndaşladan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qaynatası Tahir Qədəşovla birgə ələ keçirdiklərini iddia ediblər. Redaksiyamıza daxil olan məlumatda deyilir ki, hazırda iş üzrə məhkəmə prosesi keçirilir. Prosesdə zərərçəkənlər Nofəl Hacıyevlə yanaşı Tahir Qədəşovun da həbsini tələb edirlər.

6c42e69f-1a5a-47a6-801c-8eb666d1c0ce.jpg (65 KB)
Nofəl Hacıyevin məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” istirahət mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib. Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qaynatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib.



Qeyd edək ki, “Atlant” İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən İstirahət Mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın kotteci, gecə klubu, stolüstü tenis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, camaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s var. “Atlant” istirahət mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir. Müstəqil qiymətləndiricilər “Atlant”ı hazırki bazar qiymətləri ilə 80-100 milyon manat dəyərlədirirlər.(musavat)

E.MƏMMƏDƏLİYEV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam