Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BU QORXULU VİRUSU DÜNYAYA KİM YAYDI? -Çinin Uhanı, yoxsa ABŞ-ın "Fort-Detrik"i?...

Çin səhiyyə nazirinin müavini Zenq Yiksin koronavirusun Çindəki laboratoriyadan sızaraq dünyaya yayılması fikrini bir daha qəti şəkildə rədd edib. Onun bu bəyanatı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “Covid-19” virusunun mənşəyinin aşkarlanmasının ikinci fazasına başlanması planı barədə məlumat verdiyi vaxt səslənib. Zenq Yiksin deyib ki, bu planlardan “şoka düşüb”.

Yenixeber.org: Bu virusun mənşəyi artıq mühüm siyasi mövzuya çevrilib. Belə ki, əksər mütəxəssislər virusun təbii yolla meydana gəldiyini, yəni heyvandan insana keçdiyini (hansı heyvandan, bəlli deyil) iddia etsələr də, ABŞ kəskin şəkildə bu nəzəriyyəyə qarşı çıxaraq, virusun laboratoriyada yaradılıb-yaradılmadığını aydınlaşdırmaq üçün dəqiq araşdırma aparılmasında israr edir. Yeri gəlmişkən onu da bildirək ki, elə ABŞ-ın özü də həmin laboratoriya ilə əməkdaşlıq edib və ona görə də vəziyyət çox dolaşıqdır.

Zenq Yiksin iddia irəli sürüb ki, Uhan laboratoriyasında insanı yoluxdura biləcək elə bir virus yoxdur. O, deyib ki, ÇİN həmin laboratoriyada araşdırma aparılmasına qarşı çıxdığını bir neçə dəfə ÜST-ə bildirib. Əlbəttə, Çinin bu mövqeyi onun nəyisə gizlətdiyinə dair şübhələri artırır.

 

 

Son dövrlər Çin diqqətləri öz rəqibi ABŞ-a doğru yönəltməyə çalışır. Pekin Amerikanın Merilend ştatında yerləşən “Fort-Detrik” hərbi bazası yaxınlığında yerləşən “Yoluxucu Xəstəliklərin Araşdırılması İnstitutu”nda yoxlama aparılmasına dair çağırışlar edir. Sözügüdən hərbi bazadan Vaşinqtona kimi məsafəni avtomobillə bir saata qət etmək olar. Lap əvvəldən orada ABŞ bioloji hərbi proqramlar mərkəzi vardı. Əksər amerikalı yəqin ki, heç “Fort-Detrik” barədə eşitməyib, lakin çinlilər “Covid-19” virusunun məhz orada meydana gəldiyinə israrla eyham vururlar.

Çin Səhiyyə Nazirliyinin nümayəndəsi Xua Çunin keçən ay bəyan etmişdi ki, 2019-cu ilin iyulunda məhz ABŞ-da “Covid-19” simptomlarına oxşar əlamətləri olan xəstəlik meydana gəlib. Əlbəttə, Qərb KİV-ləri Çinin mövqeyini nadir halda işıqlandırırlar, amma Çin hakimiyyəti ABŞ-ın “Fort-Detrik” hərbi bazasında araşdırma aparılmasına 33 dəfə çağırış edib.

Deyə bilərik ki, ABŞ-ın Uhan laboratoriyasına ünvanladığı ittihamlarına qarşı Çin “Fort Detrik” “əks hipotezi”ni işə salıb. Ancaq əksəriyyətin Uhandakı institutdan şübhələnməsi artıq təəcüb doğurmur.

Birincisi, ilk yoluxma halı məhz oradakı şəhər bazarında qeydə alınıb (əgər bazardan başqa əvvələr digər episentrin olması sübüt edilmirsə).

İkincisi, Uhandakı virusoloji institut koronavirusun təhqiqi, xüsusən də yarasalar sahəsi üzrə dünyanın ən qabaqcıl laboratoriyalarından biridir (yarasalar dedikdə, burada söhbət “Covid-19”-u meydana gətirən patogen qrupdan gedir).

“Fort-Detrik”i ittiham etməklə çinlilər “ən yaxşı müdafiə hücumdur” formulundanmı istifadə edirlər? Ola bilər. Çinli diplomatların necə qətiyyətlə bu əks-arqument üzərində durmaları çoxlarını təəccübləndirib. Hələ bu yaxınlara kimi çinlilər çox zəif xarici siyasət yürüdürdülər, hətta çox vaxt onlara edilən hücumlara əhəmiyyət vermirdilər. Lakin görünür ki, “Covid-19” hadisəsi vəziyyəti kökündən dəyişdirib. Çinin əlində ABŞ-a qarşı hansısa konkret sübut varmı? Yəqin ki, bu sübutlar da elə təxminən amerikalıların “əsaslı” sübutlarına bənzəyir.

“Covid-19” yenicə meydana gələndə xeyli sayda mütəxəssis virusun heyvandan insana keçməsi ehtimalı üzərində dayandı, çünki əvvələr də belə olmuşdu. Məsələn, 2003-cü ildə baş qaldıran “SARS” koronavirusunda da belə olmuşdu.

ABŞ-da öncə Tramp administrasiyası, sonra isə Baydenin hakimiyyətindəki siyasətçilərin əksəriyyəti və həmçinin də amerikalı bir çox ekspert virusun alternativ mənşəyini müzakirə edirlər. Yəni demək istəyirlər ki, bu virusu Çindəki laboratoriyada yaradıblar. Əlbəttə, əgər bu sübut olunarsa, onda Çinin nüfuzu tapdalanar və o, dünyadakı mövqeyini itirər. Axı, çinliləri ehtiyatsızlıq üzündən (ən pisi isə, qəsdən) bütün dünyanı yoluxdurmaqda və həm də milyonlarla insanın ölümündə ittiham edərlər.

Aydındır ki, bu versiyaların heç birini öncədən hesabdan silmək olmaz. Ancaq yada salmaq lazımdır ki, iki rəqib olan ABŞ və Çin siyasi baxımdan bir-birini günahlandırmaqda maraqlıdırlar, siyasət isə elmi faktlardan uzaqdır.

 

 

Beləliklə, ABŞ Uhan İnstitutunda əlavə təhqiqat aparılmasında ciddi israr edir, digər yandan isə “Covid-19”-un ilk dəfə məhz “Koronavirus Araşdırmaları İnstitutu”nun yerləşdiyi Uhan şəhərində ortaya çıxması faktını təkzib etmək çətindir. Amma indi gəlin Amerikanın “Fort-Detrik” bazasından və eləcə də Çinin “əks-arqumentlər” indən danışaq.

“Fort-Detrik” Amerikanın hərbi bioloji proqramlarının mərkəzi olaraq öz işinə 1943-cü ildə başlayıb və 1969-cu ilə kimi fəaliyyət göstərib. İndi orada nə var? Hazırda orada yoluxucu xəstəliklərin araşdırılması üzrə hərbi -elmi institut yerləşir, yəni ABŞ bioloji müdafiə agentliyi.

Orada başqa nələrsə varmı? Bəlkə də var. Amerikanın xəstəliklərin profilaktikasına nəzarət edən dövlət mərkəzi 2019-cu ilin iyulunda ən məxfi “BSL-4” laboratoriyasını "zərərli materialların utilizasiyası sahəsində təhlükəsizlik qaydalarını pozduğuna görə” bağlamışdı. “BSL-4” laboratoriyası yenidən 2020-ci ilin aprelində açılıb. Bu il Çinin sosial şəbəkələrində koronavirusun Amerikadakı laboratoriyada meydana gəlməsi barədə məlumatlar yayıldı və sonradan Çin hakimiyyəti bu məlumatları götürüb, ondan geniş şəkildə istifadəyə başladı. Çinin “Weibo” sosial şəbəkəsində deyilir ki, amerikalılar orada bioloji silah gizlədir və təhlükəli virusları öyrənirlər. Sonradan bu barədə Çinin “Global Times”, ”Peoples Daily” və “China Daily” kimi dövlət KİV-lərində yazmağa başladılar və nəticədə “Fort-Detrik” barədə yüzdən artıq məqalə çıxdı. Bəs, nəyə görə biz bu haqda az eşitmişik? Səbəblərdən biri ondan ibarətdir ki, məlumatlar əsasən Çin “internet bazarına”, yəni Çin auditoriyasına yönəlib. Hətta bütün dünya Uhanda əlavə araşdırma aparılmasını tələb etsə də, Çin hakimiyyəti heç bir vəchlə istəməz ki, çinlilər bu variant barədə düşünsünlər. Bəlkə də elə bu səbəbdən onlar “Fort-Detrik”-in ünvanına sərt ittihamlar səsləndirirlər.

Donald Tramp “Covid-19”-u “Çin virusu” və ya “Çin taunu” adlandırırdı. O zaman çinlilər də amerikalılara qarşı oxşar ittihamlar irəli sürürdülər. Lakin 2019-cu ilin iyulunda baş verən insidentdən başqa “Covid-19”-un “Fort-Detrik”-də yaradıla biləcəyinin heç bir sübutu yoxdur.

Bəs görəsən, “Covid-19” haradan meydana çıxıb? Yəqin ki, iki güclü təbliğatın toqquşması şəraitində biz həqiqəti heç vaxt öyrənə bilməyəcəyik.

“Advance” – (Xorvatiya)

Tərcümə: “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam