Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ölkə 200 milyon doza "Pfizer" alır

Yenixeber.org: Birləşmiş Ştatlar gələcək ehtiyacları qarşılamaq üçün Pfizer-BioNTech-in COVID-19 vaksininin 200 milyon dozasını aldığını bildirir. Buna gücləndirici üçüncü dozalar, habelə istifadəsi təsdiq olunsa, 12 yaşından aşağı uşaqlar üçün dozalar daxildir. Ağ Evin mətbuat katibi Cen Psaki  bildirib ki, vaksin dozaları bu ilin payız ayları ilə gələn ilin yaz ayları arasında çatdırılacaq. O deyib ki, Bayden administrasiyası “hər hansı bir fövqəladə hala hazırlaşacaq.”

ABŞ-ın Ərzaq və Qida Administrasiyası, hələ ki, 12 yaşdan aşağı uşaqlar üçün COVID-19 vaksinini təsdiq etməyib, ancaq ərzaq istehsalçıları artıq vaksinlərinin həmin yaş qrupu üçün effektivliyi və təhlükəsizliyini test edirlər. Səhiyyə rəsmiləri gücləndirici doza ehtimalını müzakirə etməyə başlayıblar, amma hələ ki, tam vaksin olunan insanların onlara ehtiyaclarının olmadığını deyirlər.

Avropada dərman tənzimləyiciləri cümə günü Moderna vaksininin 12-17 yaşlı uşaqlar üçün təsdiqini tövsiyyə edib. Avropa Dərman Agentliyi artıq yeniyetmələr üçün Pfizer-BioNTech vaksininin istifadəsini təsdiqləyib. Bu təsdiq Avropa Komissiyası və idvidual ölkələrin də vaksinlərin yeniyetmlərlə tətbiq edilməsinə gətirib çıxara bilər.

 

Bununla yanaşı Ümumdünya Səhiyyə Təşkilatı cümə günü bütün ölkələri COVID-19-un mənbəyini araşdırmaq üçün birlikdə işləməyə çağırıb. Bundan bir gün öncə isə Çin ÜST-nın əlavə araşdırma planlarını rədd etmişdi. ÜST-nın sözçüsü Tarik Casareviç deyib ki, əlavə araşdırmanın “siyasət” və ya “günah keçisi” tapmaqla heç bir əlaqəsi yoxdur. O deyib ki, “bu, bizim patogenin insanlara necə yoluxduğunu anlamağa çalışmağımız üçün bir tələbatdır.”

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin ən yüksək vəzifəli Respublikaçısı Maykl MakKasul cümə günü COVID-19-un mənbəyi ilə bağlı Konqres araşdırmasının aparılmasına çağırıb və onda virusun Çin laboratoriyasından sızdığına dair daha çox dəlillərin olduğunu söyləyib.

Çin dəfələrlə bu nəzəriyyələri rədd edib. Çin Milli Səhiyyə Komissiyasının vitse-naziri Zenq Yişin cümə axşamı deyib ki, ÜST-nın qlobal pandemiyanını səbəbi olaraq virusun Çin laboratoriyasından sızdırılmasına dair araşdırmanın başladılması “sağlam düşüncəyə qarşı hörmətsizlik və elmə qarşı təkəbbürlü bir münasibətdir.”

Çin və ÜST-nın bu ilin əvvəlində apardığı araşdırmanın nəticələri virusun mənbəyinin Vuhanda laboratoriya olduğu ehtimalıının “olduqca aşağı” olduğuna dair nəticəyə gəlib. Lakin bəzi beynəlxalq ekspertlər deyir ki, çinli alimlər araşdırmanın nəticələrinə çox böyük təsir göstəriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam