Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

AZAL-da dəyişiklik: Biletlərin qiyməti ucuzlaşacaq? - AÇIQLAMA

AZAL-da dəyişiklik:  Biletlərin qiyməti ucuzlaşacaq? -  AÇIQLAMA

Ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə nəqliyyat sektorunda fəaliyyət göstərən bəzi iri dövlət müəssisələrində müşahidə şuraları yaradıldı. Onlardan biri də son vaxtlar tənqid hədəfinə çevrilən AZAL-dır. Bundan sonra AZAL-ın fəaliyyətinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi Müşahidə Şurası nəzarət edəcək.

Yenixeber.org: Maraqlıdır, bu addım AZAL-da hansı dəyişikliklərə səbəb olacaq?

Məsələni şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, AZAL və digər dövlət şirkətlərinin ilk addım olaraq Azərbaycan İnvestisiya Holdinqinə verilməsinin əsas səbəbi holdinqin əsasnaməsində də yazıldığı kimi izafi xərclərə son qoymaq, gəlirlə işləməyi təmin etmək, dövlət dotasiyasını azaltmaq, sonra tamamilə ləğv etmək və korporativ idarəetməni təkmilləşdirilməkdir:

“Müşahidə Şurasının yaradılmasını idarəetmənin təkmilləşdirilməsi yolunda növbəti addım kimi dəyərləndirmək olar. Amma problem ondan ibarətdir ki, hələ səlahiyyət və məsuliyyət bölgüsünün hansı formada həyata keçiriləcəyi bəlli deyil. Yəni Müşahidə Şurasının fəaliyyəti ilə AZAL rəhbərliyinin - prezidentin, vitse-prezidentlərin, şöbə müdirlərinin fəaliyyətinin koordinasiyasının necə baş verəcəyi hələ ki açıq bilinmir. Ümid edirəm ki, növbəti addım kimi məsuliyyət və səlahiyyət bölgüsünə aydınlıq gətiriləcək. Çünki qərarların hansı qurum tərəfindən veriləcəyi və yaxud verilmiş qərarların hansı qurum tərəfindən icra ediləcəyi tam aydın deyil”.

Ekspert hesab edir ki, Müşahidə Şurası strateji qərarların verilməsində aktiv iştirak etməli və bu qərarların yerinə yetirilməsinə nəzarət mexanizminin yaradılmasına nail olmalıdır:

“Əgər belə olacaqsa, bəs AZAL rəhbərliyi hansı işlə məşğul olacaq? Qiymət qoyma siyasəti, bazarın açılması, AZAL-ın inhisarçılığına son qoyması, digər şirkətlərin bazara buraxılıb-buraxılmaması kimi məsələlərlə bağlı qərarların hansı mexanizmlə veriləcəyi hələ məlum deyil. Amma dövlət şirkətlərinin ziyanla işləməsinə son qoyulması, korrupsiya sxemlərinin tamamilə sıradan çıxarılması, dövlət büdcəsindən dotasiya alınmasının sıfırlanması doğru istiqamətlərdir. Hansı formada həyata keçiriləcəyini isə yaxın gələcəkdə görəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam