Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AZAL Nyu York-Bakı aviabiletini 900 dollara satır? – AZAL-dan AÇIQLAMA


“Azərbaycan Hava Yolları” (AZAL) QSC –nin Nyu Yorkdan Bakıya təşkil etdiyi ödənişli çarter reysinin qiyməti 900 – 2100 dollar arasında dəyişir.
Yenixeber.org: Bu barədə məlumatı tanınmış iqtisadçı-alim, ABŞ-ın Rutgers Universitetinin  professoru Qubad İbadoğlu sosial şəbəkə hesabından paylaşıb.
Qubad İbadoğlu qeyd edib ki, standart uçuşlarda “economy” biletlərinin 350 dollar olmasına baxmayaraq AZAL pandemiya dövründən sui-istifadə edərək “economy sinif”in qiymətini 3 dəfəyədək artırıb.
Məsələ ilə bağlı yeniavaz.com-a açıqlama verən AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirdi ki, AZAL çarter reyslərini hökumətin tapşırığına əsasən təşkil edir. Qubad İbadoğlunun səsləndirdiyi iddiaların doğru olub-olmadığı ilə bağlı sualımıza cavab verən AZAL rəsmisi məlumatı nə təsdiq, nə də inkar etdi. AZAL rəsmisi qeyd etdi ki, bu məlumatın hansı mənbədən götürüldüyünü bilirik: “Bu məsələ ilə bağlı hansısa məlumat almaq istəyirsinizsə AZAL-a rəsmi sorğu ünvanlayın”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam