Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Boinq” bu modelin istehsalını dayandırdı:AZAL isə…

 

Hazırda bir çox ölkələr kimi, araşdırmanın nəticəsini gözləyirik. Vəziyyətdən asılı olaraq qərar veriləcək.

Yenixeber.org: Bu sözləri AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Boinq” şirkətinin “737 MAKS” tipli sərnişin təyyarələrinin istehsalını dayandırması qərarından sonra Azərbaycan Hava Yolları şirkətinin 2020-ci ilə qədər 10 ədəd “Boinq-737 MAKS-8 model təyyarə alınması ilə bağlı qərarı ləğv edib-etməyəcəyi barədə danışarkən deyib.

P.Kəsəmənskinin sözlərinə görə, vəziyyət tam aydın olmalıdır ki, AZAL da buna əsasən addım atsın:

“Əksər dünya ölkələrinin bu təyyarələrin istifadəsindən imtinası başadüşüləndir. Ancaq bizdə hazırda bu təyyarələrdən yoxdur. Biz sadəcə “Boinq”lə müqavilə bağlamışıq. Hazırda araşdırmanın nəticəsini gözləyirik. Vəziyyətdən asılı olaraq qərar veriləcək”.

Xatırladaq ki, “Boinq” şirkəti “737 MAKS” tipli sərnişin təyyarələrinin tədarükünü dayandırmaq barədə qərar qəbul edib.

Şirkət ABŞ və bir sıra Avropa ölkələrinin hava məkanlarını bu tip təyyarələr üçün qapalı elan etməsindən sonra belə addım atıb.

AZAL ilə “Boinq” arasında bu model 10 təyyarənin alınması ilə bağlı müqavilə var.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam