Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Tramp-Zelenski görüşü Kremlin planlarını pozdu - ABŞ və Avropa Ukraynanı dəstəkləmək üçün birləşir

ABŞ Prezidenti Donald Trampın Avropa liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə Vaşinqtonda keçirdiyi görüşlər, Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsi ilə bağlı planlarının iflasa uğradığını göstərdi. 

Yenixeber.org: Bu barədə "The Washington Post"-da dərc olunan məqalədə bildirilir.

Məqalədə qeyd olunur ki, Putinin Trampla Alyaskada keçirdiyi əvvəlki ikitərəfli görüşdən sonra Rusiya yeni sanksiyalardan yayınmağa nail olmuşdu. Kreml rəhbəri bu görüşdən istifadə edərək, həm ABŞ-la iqtisadi münasibətləri müzakirə etməyə, həm də Ukraynada müharibəni uzatmağa çalışırdı.

Lakin Vaşinqtonda keçirilən sammit Trampın və Avropa liderlərinin Ukraynaya verdiyi dəstəyi nümayiş etdirməklə, Putin üçün mənfi siqnal oldu. "The Washington Post" yazır ki, Putin bu görüşdən sonra nə Ukraynanı nəzarətə götürmək, nə də ABŞ-ni Avropadan ayırmaq məqsədlərinə çata bilmədi.

Bundan əlavə, sammitdə müzakirə olunan mövzular Kreml rəhbərinin üzərinə daha çox məsuliyyət qoydu. Artıq ABŞ və Avropa, sülh prosesində növbəti addımı atmağın məhz Putinin borcu olduğunu açıq şəkildə bəyan edirlər.

Qəzetin məlumatına əsasən, Tramp Zelenski və Putin arasında birbaşa görüş keçirmək təşəbbüsündə israrlıdır və bu görüşün təşkili üzərində iş aparılır. Lakin ehtimallar Putinin belə bir dialoqa hazır olmadığını, əksinə, Ukraynanın təslim olmasını gözlədiyini göstərir.

"Carnegie Fondu"-nun baş elmi işçisi Neit Reynolds bildirib ki, Putin üçün Ukrayna “ağ balina”ya çevrilib – çatmaq istədiyi, lakin reallıqda mümkün olmayan bir hədəfdir. Reynoldsun fikrincə, ABŞ və Rusiya arasında bu müharibə ilə bağlı fundamental anlaşılmazlıq var. Rusiya tərəfi, ABŞ-ın Kreml tələblərini tam anlamadığını hesab edir.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam