Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Qala hərbi şəhərciyində qadına qarşı zorakılıq: sifarişli hadisənin arxasında komandir dayanır? - ŞİKAYƏT

Redaksiyamıza daxil olan eksklüziv məlumata əsasən, 24 noyabr 2024-cü il tarixində saat 16:40 radələrində Qala hərbi şəhərciyində qanunazidd və insan hüquqlarını kobud şəkildə pozan bir hadisə baş verib.

Yenixeber.org: Belə ki, vətəndaş Günəş Ağasahib qızı Xammədovanın yaşadığı mənzilə mülki geyimdə 3 nəfər şəxs daxil olaraq, nəvələrinin gözü qarşısında onu döyərək zorla avtomobilə mindirib. Daha sonra ailə üzvləri Xəzər rayon Polis Şöbəsinə aparılıb, lakin hər hansı bir hüquqi əsas və sübut təqdim edilmədiyi üçün sərbəst buraxılıblar.
Ailə üzvlərinin iddialarına görə, bu qanunsuz əməliyyat Qala hərbi hissəsinin komandiri Zöhrab Ağadadaşovun sifarişi ilə həyata keçirilib. Hadisə zamanı "komandir, bax necə bunu sürüyürük" kimi ifadələrin işlədildiyi, həmçinin bu anların video zəng vasitəsilə qeydə alındığı bildirilib. Məlumata görə, komandir Zöhrab Ağadadaşovun ailə ilə şəxsi münaqişəsi var və bu hadisə həmin münaqişənin "intiqam forması"dır.
Ailənin təqdim etdiyi məlumatda qeyd edilir ki, hadisənin əsasında Zöhrab Ağadadaşovun qonşusu olan Elnarə adlı şəxsin qızlarına qarşı hədə-qorxu və böhtan xarakterli iddiaları dayanır. Elnarə xanımın oğurluq etdiyi və bu faktın video ilə sübuta yetirildiyi də ailə tərəfindən bildirilib. Belə görünür ki, hadisə şəxsiyyətlərarası münaqişənin vəzifədən sui-istifadə ilə “həll olunması” cəhdidir.
Hazırda döyülmə faktı üzrə ekspertiza rəyi alınıb və prokurorluğa təqdim olunub.

Biz sual edirik:

- Mülki geyimdə 3 şəxsin vətəndaşın evinə zorla daxil olması və onu qanunsuz aparması hansı qanuna əsaslanır?
- Dövlətin hüquq-mühafizə orqanları bu cür hallar qarşısında niyə səssiz qalır?
- Bir komandirin şəxsi ambisiyası ailənin həyatına müdaxilə etməyə hansı əsasla çevrilib?

Biz bu məsələni diqqətdə saxlayacağıq və aidiyyəti dövlət qurumlarından rəsmi münasibət gözləyirik.

Hüququn aliliyinə hörmət edilməlidir!(Bakunews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam