Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

NATO Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin olunmasında iştirak edəcək -RƏSMİ

Rutte: NATO Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin olunmasında iştirak edəcək
NATO Ukraynaya təhlükəsizlik zəmanətlərinin təmin olunmasında iştirak edəcək.

Yenixeber.org: Bunu hərbi blokun Baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenski ilə mətbuat konfransında deyib.

“Mən əmin olacam ki, Ukraynaya elə səviyyədə təhlükəsizlik zəmanəti verilib ki, Rusiya bir də ona hücum etməyəcək” Rutte vurğulayıb.

“Kimin Ukraynaya qoşun, kimin kəşfiyyat məlumatı verəcəyi, kimin dənizdə və havada Ukraynaya kömək edəcəyini i demək hələlik tezdir. Amma, aydındır ki ABŞ burada iştirak edəcək. Biz Budapeşt Memorandumunun və ya Minsk Razılaşmalarının təkrar olunmasını istəmirik” Rutte qeyd edib.

Xatırladaq ki, 1994-cü ildə imzalanan Budapeşt Memorandumu Ukrayna, Belarus və Qazaxıstanın nüvə silahlarını təhvil verməsi əvəzində təhlükəsizlik zəmanətləri ilə təmin olunmasını nəzərdə tuturdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam