Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Sumqayıt ŞİH-nə “basqınları” kim təşkil edir? Şikayət var, şikayətçilər isə qeybə çəkilib! –ARAŞDIRMA

 

Yenixeber.org: Xeyli müddətdir ki, Sumqayıt Şəhəri İcra Hakimiyyəti ilə “bir qrup” iş adamları arasında borc qalmaqalı ilə bağlı söhbətlər səngimək bilmir. Müxtəlif internet resurslarında şəxsiyyəti, ünvanı, çalışdığı şirkətin adı belə bəlli olmayan “bir qrup iş adamı” adından şikayət ərizəsi adı altında məqalələr tirajlanmaqda davam edir. Özlərini Sumqayıt Dənizkənarı Bulvarının tikintisini həyata keçirən iş adamları kimi təqdim etməyə çalışan şəxs və ya şəxslər milyonlarla vəsaitlərinin Sumqayıt ŞİH-nin vəzifəli şəxsləri tərəfindən mənimsənildiyini iddia edirlər. Müxtəlif qurumlara ünvanlanmış şikayət ərizələri ilə tanış olarkən müəmmalı, qaranlıq və ziddiyətli məqamların çoxluğu diqqəti cəlb edir. Bu yazımızda həmin şikayət ərizələrindəki ziddiyətli məqamlara aydınlıq gətirməyə çalışacağıq. Şikayət ərizəsində qeyd edilir: “Söhbət əsnasında Fərəcov dedi ki, ağsaqqal (Ramiz Mehdiyevi nəzərdə tutur) ona Bulvarın 2016-cı ilin sentyabrına kimi tikilib, istifadə etməyi tapşırıb. Üstəlik onu da dedi ki, Bulvarı vaxtında tikib təhvil verərsə, Ramiz Mehdiyev Fərəcovu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin etdirəcəyinə söz verib.” Əvvəla onu qeyd edək ki, dəyəri milyonlarla ölçülən dövlət lahiyəsini həyata keçirəcək iş adamları ilə aidiyyatı üzrə icra başçısının görüşməsi inandırıcıdır və burada qeyri-adi heç nə yoxdur. Diqqət çəkən məqam icra başçısı ilə iş adamları arasında mövzudan kənar siyasi söhbətlərin aparılması ilə bağlıdır. Xüsusilə qeyd etmək lazımdır ki, Zakir Fərəcov kifayət qədər təcrübəli və dövlət işlərində “bişmiş ” kadrdır. Qısa müddətdə tanıdığı bir qrup iş adamının iştirak etdiyi görüşdə vaxtilə böyük nüfuz sahibi olan Ramiz Mehdiyevin adını hallandırması hətta, onun vasitəçiliyi ilə Bakı Şəhər İcra Hakimiyyətinə başçı təyin olunacağına dair səslənən fikirlər sadəcə, cəfəngiyatdır. Unutmaq lazım deyil ki, Zakir Fərəcov uzun illər müxtəlif rəhbər vəzifələrdə çalışmaqla topladığı təcrübə əsasında nəyi və kimin yanında nələr danışacağını bilən adamdır. Ona görə də, Sumqayıt ŞİH-ni öz qanunsuz tələblərinə razı salmaq üçün bu tip şantaj metodundan istifadə olunması çılpaqlığı ilə göz önündədir. Əvvəlki şikayət ərizələrində Ramiz Mehdiyevin adı çəkilməsə də, indiki halda bu ad məqsədyönlü şəkildə dövriyyəyə buraxılıb. Şikayətçilər bildirirlər ki, guya Zakir Fərəcov  bildirib ki, Bakı meri olanda paytaxtdakı bir çox iri layihələrin icrasını da onlara həvalə edəcək.

 

Adını iş adamı qoymuş, dəyəri milyonlarla ölçülən işlərin icrasına qoşulan iş adamının dilindən bu sözləri eşitmək gülüncdür və qarşı tərəfi arsenalında olan bütün təxribat növləri ilə yükləməkdən başqa bir şey deyildir. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, özlərinin də etiraf etdiyi kimi 624 işçi və onlarla texnika ilə işə başlayan sahibkarlar ortada heç bir hüquqi sənəd və razılaşma, o cümlədən müqavilə olmadan işə başlayıblar. Məntiqi sual meydana çıxır… Özlərini təcrübəli iş adamı kimi göstərməyə çalışan “sahibkarlar” milyonluq sövdələşmələri heç bir hüquqi razılaşmalar olmadan necə həyata keçirə bilərlər?… Əgər həyata keçiriblərsə də, deməli ortada külli miqdarda vergini dövlət büdcəsindən yayındırmaq şəxsi mənfəətlərini güdmək kimi halların ortada olması labüddür. “Sahibkarlar” qeyd edirlər ki, Sumqayıt Dənizkənarı Bulvarı və Sumqayıt – Quba yolunun giriş hissəsinin abadlaşdırılması layihəsinin dəyəri 12.8 milyon manat təşkil edib və indiyə qədər onlara 6 milyon manat vəsait ödənilib. Arada heç bir hüquqi sənədlər və müqavilələr, o cümlədən smeta dəyəri haqqında heç bir razılaşma olmadan görülən işlərin dəyərinin 6 və ya 12.8 milyon manat olması hansı kriteriyalarla müəyyənləşib? “Sahibkarların” şikayət ərizəsi ilə tanış olarkən belə mənzərə yaranır ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı daxil olmaqla bütün aparatı bu adamlar qarşısında hesabat veriblər. ŞİH-nin memarlıq şöbəsinin müdiri Adil Xudadatov hətta Sumqayıtdakı sahibkarlardan və müxtəlif təşkilatlardan toplanan vəsaitlərin bütün incəliklərini  dünən tanıdığı “sahibkarlar”la müzakirə edirmiş. Hər sətrində absurd və ziddiyətli fikirlərlə dolu olan şikayət ərizəsinin təhlilini aparsaq, bizə uzun müddət vaxt lazım olacaq. Ona görə də, şikayət ərizəsi ilə bağlı son məqamı vurğulamaq istərdik. Müxtəlif internet resurslarının e-mail ünvanına göndərilən şikayət ərizlərində şikayət edənlərin adı və soyadı, onların hüquqi ünvanı və əlaqə telefonları yoxdur. Belə çıxır ki, kimlərsə anonim şəkildə “ərizələr” təşkil etdirir və ictimai rəydə yanlış rəy formalaşdırmaqla maddi maraqlarını təmin etmək məqsədi güdür.

Yuxarıda qeyd etdiyimiz araşdırmaları və təhlilləri bir daha dəqiqləşdirmək məqsədi ilə Sumqayıt ŞİH-nə  müraciət etmək qərarına gəldik. Oradan aldığımız cavab gəldiyimiz nəticəni bir daha təsdiqlədi. ŞİH-dən bizə bildirildi ki, heç bir sahibkarla ŞİH arasında anlaşılmazlıq və problem mövcud deyil. Hətta diqqətimizə çatdırdılar ki, şikayəti olan kimsə varsa bizim iştirakımızla ŞİH-də müzakirə aparmağa hazırıq. Əslində düşünürdük ki, uzun müddətdir gündəmi zəbt edən bu problemlə bağlı ŞİH bizə heç bir açıqlama verməyəcək. Amma, əksinə olaraq nəinki qarşı tərəf kimi mövqe bildirdilər, hətta bizi İcra hakimiyyətinə dəvət edərək istənilən problemin müzakirəsini birlikdə aparmağı təklif etdilər.

Buyurun, neçə  müddətdir ki, redaksiyaların qapılarında sürünməkdən ayaqları “mazol” olan “iş adamları”, ortaya çıxın. Adınızı və soyadınızı təqdim edin və bizimlə birlikdə Sumqayıt ŞİH-nə getməyə hazır olun. Sizi əmin edirik ki, yazdıqlarınız həqiqətdirsə, sona qədər pozulmuş hüquqlarınızın müdafiəsi üçün yanınızda olacağıq. Şəxsiyyətinizə və ləyaqətinizə dəyər verirsinizsə, onda redaksiyamıza təşrif buyurun. Gələrkən  üzünüzdəki maskaları (COVİD əleyhinə maskalar nəzərdə tutulmur -red.) hökmən çıxarın, çünki əsl simanız artıq ortadadır…

Araşdırma qrupu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam