Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sumqayıtda “koronavirus” oyunu – İCRA BAŞÇISI İŞƏ ARXA QAPIDAN NİYƏ GEDİB, GƏLİR?-ŞİKAYƏT

 

 

 “Sumqayıtın icra başçısı Zakir Fərəcov koronavirusdan da pul çıxarmaq istəyir. Amma naşılığı üzündən bununla bağlı atdığı addımlar tez üzə çıxır. Üstəlik, işə yüksək səviyyədə məmurlar qarşımalı olublar”.

Yenixeber.org: Bunu redaksiyamıza bir qrup sahibkar bildirib.
Onların bildirdiyinə görə, Fərəcov dövlət başçısının fərmanı ilə yaradılmış Koronavirusa Qarşı Mübarizə Fonduna pul köçürmək üçün özünün yox, sahibkarların imkanlarından yararlanmaq istəyərkən, gözlənilməz vəziyyətə düşüb. Onların bildirdiyinə görə, fonda pul köçürülməsi ilə bağlı şəhərdəki iş adamlarının yanına “elçi” göndərən icra başçısı, həmin şəxslərdən konkret məbləğdə vəsaitin Fonda köçürülməsini tələb edib. “Biz bilirik ki, Prezident həmin Fondu koronavirusla mübarizə məqsədi ilə yaradıb və ora pul köçürülməsi könüllü xarakter daşıyır. Lakin Zakir Fərəcov Sumqayıtdakı iş adamlarını məcbur edir ki, pul köçürsünlər. Elə bu səbəbdən də 70-dən çox sahibkar buna etiraz edərək, dövlət başçısına müraciət ediblər. Və bildiriblər ki, Zakir Fərəcov onlara təzyiq edir”.
Onların dediyinə görə, daha əvvəlki zaman deyil və sahibkarlar da bununla bağlı dövlət başçısına və digər qurumlara müraciət edərək, Fərəcovdan şikayət ediblər. “Məsələyə dərhal reaksiya verilib. Belə ki, Sumqayıta baş nazirin birinci müavini Yaqub Eyyubov gəlib. Əvvəlcə şikayətçi sahibkarlarla görüşüb, daha sonra isə Sumqayıt İcra Hakimiyyətinin binasında iclas keçirib. Məsələdən hali olduqdan sonra Zakir Fərəcovu tənbeh edib ki, heç kimə belə bir göstəriş verə bilməz. Və bu məsələnin yaxın zamanlrda müzakirə ediləcəyini, habelə konkret qərar veriləcəyini də icra başçısının diqqətinə çatdırıb”.
Sahibkarlar deyirlər ki, Zakir Fərəcovun iş adamlarından pul yığmasının Koronavirusla Qarşı Mübarizə Fonduyla yaxından və uzaqdan əlaqəsi olmayıb. Onların iddiasına görə, icra başçısı yığacağı pulları əvvəlki dönəmlərdə olduğu kimi, öz məqsədlərinə sərf edəcəkmiş. “Zakir Fərəcov indiyə qədər dəfələrlə belə işlər görüb. Hər dəfə də yığıdığı pulları öz məqsədlərinə sərf edib. Bu dəfə də onun həmin vəsaiti fonda köçürəcəyi inandırıcı görünmürdü. Yəqin, başqa nəsə planı olub ki, belə bir addım atıb”.
Maraqlı məqamlardan biri də odur ki, koronavirusla bağlı kritik vəziyyət yarandıqdan sonra Zakir Fərəcov başqa bir vasitəyə də əl atıb. Sahibkarlar bununla bağlı deyirlər ki, Sumqayıtın icra başçısı koronavirusa söhbəti ortalığa çıxandan bəri iş otağına qapanaraq, bütün qəbulları dayandırıb. Hətta bir çox müavinləri ilə görüşü də ləğv edib. Yalnız telefon vasitəsi ilə əlaqə yaradır və bununla da kifayətlənir.
Onların dediyinə görə, Fərəcov işə normal qaydada İcra Hakimiyyətinin binasına əsas qapıdan da daxil olmur. Bunun üçün hətta yeni variant da fikirləşib. “Zakir Fərəcov martın əvvəlindən işə İcra Hakimiyyətinin binasının arxa tərəfindən gəlib, gedir. Bunun üçün hətta pilləkən də düzəltdirib və arxa tərəfə də iki polis əməkdaşı təhkim edib ki, kimsə onu narahat etməsin. Səbəbi heç də koronavirusa yoluxmadan yayınma deyil. Əksinə, o, belə bir addımı ona görə atıb ki, borclu olduğu sahibkarlarda qaçıb gizlənsin, məcburiyyət qarşısında qalıb qəbul etməsin. Çünki hər gün onun qəbul otağının qarşısında onlarla sahibkar dayanır ki, pullarını ala bilsinlər”.
Xatırladaq ki, Sumqayıtın icra başçısı Zakir Fərəcovla yüzdən artıq yerli və xarici iş adamları arasında 3 ildən çoxdur borc qalmaqalı yaşanır. Belə ki, Sumqayıt Dəniz Bulvarı və şəhərin əsas giriş-çıxış qapısının tikintisini həyata keçirmiş sahibkarlar 3 ildən çoxdur ki, 8 milyon manatdan çox pullarını ala bilmirlər. Həmin vaxtdan bəri Zakir Fərəcovun qapısını döyən sahibkarlar, hər dəfə min bir bəhanə ilə oradan uzaqlaşdırılır. Hazırda iş adamları Zakir Fərəcovu məhkəməyə veriblər və onunla bağlı hüquqi prosedurun aparılmasını istəyirlər.(jamaz.info)

Qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam