Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Şöbə müdiri Zakir Fərəcovun borclarını bağlamaq üçün pul yığır-GƏLİŞMƏ

 

img

Sumqayıtın icra başçısı Zakir Fərəcovla bir qrup iş adamı və 400-ə yaxın işçinin arasında pul qalmaqalı davam edir.

Yenixeber.org: Belə ki, şəhərin Dənizkənarı Bulvarı və giriş hissəsinin tikintisini həyata keçirən iş adamları 2016-cı ildən bəri 8 milyon manat pullarını ala bilmirlər. Onların bildirdiyinə görə, işi tamamladıqdan sonra pullarını istəsələr də, bunun heç bir xeyri olmayıb. Əksinə, işi görmüş şəxslərdən əksəriyyəti icra başçısı tərəfindən təhdid olunub, bir neçəsi də müxtəlif bəhanələrlə həbs olunublar.  

Bir müddət əvvəl Zakir Fərəcov borclu olduğu sahibkarların bir qismi ilə görüşərək, onlara pulu ödəməyə hazır olduğunu desə də, tələbinin olduğunu dilə gətirib. Tələb də ondan ibarət olub ki, 8 milyon manatın 30 faizini ona keçsinlər. Yəni, sahibkarlar 2.4 milyon manatı icra başçısına bağışlamalıdırlar. Bununla razılaşmadıqlarından onları təhdid edən Fərəcov, iş adamlarına deyib ki, həbs etdirəcək.

Qeyd edək ki, Sumqayıtda işləmiş şəxslər dəfələrlə Prezident Admnistrasiyasında olublar. Onları şöbə müdirləri qəbul edərək, problemlərinin həllində yardımçı olacaqlarını bildiriblər. Lakin bu gün də problem həllini tapmayıb. Yalnız o məlum olub ki, Fərəcov sahibkarlarla görüşmək niyyətində olmadığını, borcların ödənilməsini isə Sumqayıt İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müdiri Adil Xuradadatova həvalə etdiyini deyib. Elə həmin vaxtdan Xudadatovu tapmaq mümkün olmayıb.

Daha doğrusu, sözügedən şəxs telefonla danışaraq, iş adamlarına deyib ki, icra başçısı işləri ona tapşırsa da, pulu yoxdur. Pulu toplamaq üçün isə işçilərini ərazilərə göndərib və onlar pul yığdıqdan sonra görüşəcək. Maraqlıdır, dövlət başçısı Sumqayıtda abadlıq və yenidənqurma işlərinə 50 milyon manat pul ayrıb. Həmin pulun hara və nəyə xərcləndiyi məlum deyil. Daha doğrusu, görülən işlərdən yalnız 4 milyon manatı sahibkarlara verilib. Yerdə qalanın aqibəti bəlli deyil. İndi sual olunur: Ayrılmış 50 milyon manat pul hara xərclənib? Sumqayıt İcra Hakimiyyətinin hesabında olan pulu kimlər özünküləşdirib? Və ən əsası, İcra Hakimiyyətinin sahibkarlara olan borcunu Adil Xudadatov niyə verməlidir?

Xudadatov ən yaxşı halda Sumqayıt İH-nin tikinti və memarlıq şöbəsinin müdiridir. Onun vəzifəsi şəhərdə memarlıq və tikinti işlərinə nəzarət etməkdir. Amma bu adam deyil ki, “əraziyə işçiləri göndərmişəm ki, pul yığsınlar”. Görəsən, şöbə müdiri hansı pulu yığır və yığdırır? Xudadatov niyə Zakir Fərəcovun borclarını bağlamalıdır?

Sahibkarlar deyirlər ki, Prezident İlham Əliyevin ötən günlərdə keçirdiyi müşavirədə səsləndirdiyi fikirlər, görünür, Zakir Fərəcov üçün heç bir əhəmiyyət kəsb etmir. “Əks təqdirdə, o xəbərdarlıqdan sonra Fərəcovun borcu idi ki, camaatın gətirib pulunu versin. Əgər belə edirsə, ya arxalandığı adamı prezident hesab edir, ya da onun kimsədən qorxduğu yoxdur”.

Sahibkarlar deyirlər ki, normal qaydada Zakir Fərəcov dövlət tərəfindən ayrılmış pulları işi görənlərin hesabına köçürməlidir. “İndiyə qədər hesabımıza bir qəpik belə ödənilməyib. Hər dəfə bir bəhanə ilə pulu ödəməkdən boyun qaçırır. İndi də, Adil Xudadatovu qabağa verib, o da min dənə bəhanə ilə pul ödəməkdən boyun qaçırır. Eyni zamanda, şöbə müdiri niyə bizə pul verməli və Zakir Fərəcovun borclarını bağlamağa borclu olmalıdır?”

İş adamları bildirir ki, onlar artıq çıxış yolu görmədiklərindən Respublika Baş Prokurorluğuna üz tutacaqlar. “Başqa çarəmiz qalmadı. Qoy, Baş Prokurorluq araşdırsın ki, dövlət tərəfindən ayrılmış milyonlarla manat vəsaiti Zakir Fərəcov hara xərcləyib. Qoy, araşdırsınlar ki, Adil Xudadatov niyə Sumqayıtda pul yığır. Biz 500-ə yaxın şəxs bununla bağlı müraciət edəcəyik”.

Məsələ ilə bağlı yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.(jamaz.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam