Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

“Kontakt Home”la vətəndaş arasında şirəçəkən qalmaqalı – İş məhkəmədədir

“Kontakt Home”la vətəndaş arasında şirəçəkən qalmaqalı

Sumqayıt sakini Şakir Məmmədov “Kontakt Home” mağazalar şəbəkəsini məhkəməyə verib.

Yenixeber.org:  Bu barədə redaksiyamıza Şakir Məmmədovun özü bildirib. Onun sözlərinə görə, məhkəməyə müraciət etməsinin səbəbi “Kontakt Home”dan aldığı şirəçəkənin yararsız olmasıdır.

“Dörd dəfə “Kontakt Home”un "Təmir Servis Mərkəzi"nə müraciət etmişdim. Təmir edirdilər amma yenə işləmirdi. Bu barədə Sumqayıt filialına məlumat verirdim ki, şirəçəkən işləmir. Tələb edirdim ki, ya cihazı dəyişdirin ya da pulumuzu qaytarın. Əks halda məhkəməyə müraciət edəcəm. Bildirdilər ki, məhkəməyə müraciət sizin hüququnuzdur”.

Şakir Məmmədovun sözlərinə görə, birinci dəfə işə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Behbudova baxıb. Lakin iddia təmin olunmayıb:

“Aynur Behbudova səbəb kimi “Kontakt Home”un baş ofisinin Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 73-də yerləşdiyini əsas gətirərək Nəsimi Rayon Məhkəməsinə müraciət etməyimizi, həmçinin 10 manat rüsum ödəmədiyimizi göstərmişdi. 

Əslində Sumqayıt şəhərində yaşadığımdan və iddia istehlakçının hüqüquna dair olduğundan iddiaçı rüsum ödəməkdən azaddır. Bu halları nəzərə almayan Aynur Behbudovanın qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verdim. Apellyasiya məhkəməsi savadsız və hüquqa zidd qərarı ləğv edərək, işi təkrar birinci instansiya məhkəməsinə göndərdi”. 

Şikayətçi bildirib ki, bu dəfə işə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Emin Abdullayev baxıb.

“Emin Abdullayev məhkəmə baxışında bütün hallarda " Kontakt Home"un tərəfini tutaraq, ədalətsiz qərar çıxararaq iddiamı təmin etmədi. Yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verəcəm”,- deyə Şakir Məmmədov bildirib. (Yeni Sabah)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam