Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

GƏDADAN BƏY, GƏDƏDƏN KİŞİ OLMAZ


 

Yenixeber.org:  A.Axundovun “Azərbaycan dilinin izahlı lügəti” kitabınada GƏDA sözü aşağı təbəqədən olan adam, səviyyəsiz, ləyaqətsiz adam kimi, GƏDƏ sözü isə  nökər kimi izah olunur.

Əgər “Xeberinfo.com” saytında (23.05.2017-cil) “Samir Şərifov Azərbaycanı beynəlxalq qalmaqala sürükləyir:ŞOK İDDİA” adında maliyyə yazısını oxuyub orada defolt sözünə rast gəlməsəydim bu mövzunu da işləməzdim. Həmin sözün haradan meydana gəlməsi , ona hansı vaxtdan və kimlər tərəfindən şərait yaradılması mənim yaddaşımı geriyə qaytarmalı oldu. Doğrudanmı respublika defoltla üzləşibdir?

“Xeberinfo.com”da (03.06.2017-ci il) “İdarə etməni bilməyəndə” çıxışımda az da olsa dövlətin ABB-dən oğurlanan 10 milyard dollardan çox nəqd pul vəsaitinin iki nəfərin yox, ücüncü bir şəxsin də əli olduğunu əsaslandırmışam.Bundan sonra həmin saytda (23.05.2017-ci il) yuxarıda adı qeyd edilən yazıda defolt məsələsi məni yenidən həmin məsələ üzərində işləməyə məcbur etdi.Bununla əlaqədar olaraq məni bir vətəndaş kimi defolta kimlərin şərait yaratdığını tam aydınlaşdırmaq  məqsədilə həmin yazının son 4 abzasını bir daha oxucuların diqqətinə çatdırmağı özümə borc bildim.

“Bütün bunların Cahangir Hacıyevdən sonra baş verməsi isə qeyd etdiyimiz kimi, gözlər Samir Şərifova, onun bankda müşahidə şurasının sədri olan müavini Azər Bayramova yönəlib. Çün ki, beynəlxalaq auiditlərin və Mərkəzi Bankın qiymətləndirmələrinə əsasən, ABB-nin 2015-ci ilə qədər problemli kreditləri ümumi portfelin 10 %-ni keçməyib. Deməli C. Hacıyevdən sonra S.Şərifovun təqdimat ilə bankın rəhbərliyinə gətirilmiş Elmar  Məmmədov da ciddi nöqsanlara yol verib.

GƏDADAN BƏY, GƏDƏDƏN KİŞİ OLMAZ

Belə bir vəziyyətdə isə ABŞ-ın  siyasi və iqtisadi çevrəsi ilə sıx dostluq münasibətlərində olan S.Şərifovun həm özünü, həm də komandasını ABB bəlasından qurtarmaq ücün addım atması anlaşılandır:

 “ Mən düşünürdüm ki,bu gün ABB-nin defoltasürüklənməsi istiqamətində yürüdülən siyasətinin başında S.Şərifov və onun bankdakı adamları durur, çüki, onlar bu bankın çöküşündə C.Hacıyevdən daha cox rol alıblar. Ona görə də onlar həm “prosesin” ört-basdır edilməsi, həm də diqqətləri özlərindən yayındırmaq üçün risqli addımlar atıblar”,- deyə mənbəəmiz bildirib.

Məlumatlı şəxs deyib ki, ABB-nin Nyu-York məhkəməsinə müraciətindən sonra Qazaxıstanın inkişaf və investisiyalar üzrə sabiq nazir müavini Rahim Oşakbayev ABB-də olan 384 min manata yaxın vəsaitləri dərhal geri istəyib: “ Artıq Qazaxıstan XİN səviyyəsində bu pulla bağlı danışıqlar başlayıb.Bu isə o deməkdir ki, ABB ətrafında beynəlxalq qalmaqal yaradılır. Bu isə daha çox S.Şərifovun maraqlarına xidmət edir”.

Nəhayət aydınlaşdıraq görək dövlət səviyyəsində bu kimi iri maliyyə dələduzluğunun fundamentinı kimlər qoyub. 10 avqust 2012-ci il tarix,21 saylı (səh. 4) Vətəndaş Həmrəyliyi qəzetiində verilən məlumatlarda deyilir: Əsası Gömrük Komitəsindəqoyulan ənənə bütün hökumətə sirayət edib. Azərbaycanda əksər dövlət orqanlarında yüksək postlardaoturanlara,daha doğrusu, “OBŞİY KATYOL“ adlanan “büdcədən”pul oğurlamaq imkanında olan məmurlara aylıq “paket”verildiyi heç kimə sirr deyil.Xatırladaq ki,”paket” sistemi ilk dəfə Dövlət Gömrük Komitəsində tətbiq edilib.

Son illərdə isə,çoxsaylı mənbələrin məlumatına görə hökumətdə hətta bir çox nazirlər də aylıq “paket”ə oturdulub. Bunlardan bəzisi ayda 600 min manat “paket”aldığı bildirilir. Hakimiyyət daxilində elə də yüksək nüfuza malik olmayan nazir və komitə sədrlərinin isə 100-500 min manat arasında “paket” pul aldığı yayılan qeyri rəsmi məlumatların sırasındadır.

“Paket” sisteminin geniş yayıldığı qurumlarından biri də Dövlət Neft Şirkətidir. Redaksiyamıza daxil olan məlumatlara görə, ADNŞ-də təkcə rəhbərliyin qeyri rəsmi maaşı aylıq bir neçə milyonla ölçülür.Birinci - vitseprezident Xoşbəxt Yusifzadə aylıq-ayda 200 min manat. Məlumata görə, ARDNŞ-in 10 vitse prezidentləri arasında ən az paket alanı 120 min manat alır.

Vətəndaş Həmrəyliyi qəzeti  say 2, 27.01.2012-ci il, səh. 5. “20 Yanvar qırğınını törədənlərə Azərbaycanın indiki hökuməti  yüksək vəzifələr verib.Keçmiş daxili işlər naziri İskəndər Həmidov:  “Bakıya rus qoşunlarını dəvət etmək üçün göndərilən şifrəli teleqramın altında indiki baş nazir Artur Rəsizadənin imzası var. Sonradan onubaş nazir təyin etdilər. Daxili İşlər Nazirliyində 10 nəfər azərbaycanlıya vaxtından əvvəl rütbə vermişdilər. Sonradan onlara vəzifələr də verdilər.

Vətəndaş Hərəyliyi qəzeti (14.10.2011-ci il, say 36,səh.8)

“İSTİQLAL DÜŞMƏNLƏRİNİ TANIYAQ” İndi onlar vəzifə, saysız- hesabsız varidat sahibləridir.Aralarında hətta millətə vəkillik edənlər də var:Arif Rəhimzadə,Yaşar Əliyev,Abbas Abbasov,Eldar İbrahimov, Mixail Zabelin, Zenəb Xanlarova,   Həsən Həsənov, Əli Həsənov (Qaçqınkomun sədri), İrşad Əliyev,Əhməd Əhmədzadə,Telman Orucov...32 nəfər.

Beləliklə müstəqilliyi əbədiləşdirmək və möhkəmləndirmək ücün Prezidentin ətrafında sıx birləşib bu kimilərə-mələk donuna girmişlərə qarşı hələ çox mübarizə aparmalı olacağıq. 

İnsanı insan edən  İctimai quruluş və onun kimlər tərəfindən idarə ediməsi,  əxlaqı, mənəviyyatı, milli kimliyi, xilqəti, idrakıdır.

İnsanı yolundan azdıran isə zəhmətsiz qapdığı pul və layiq olmadığı vəzifədə əyləşməsidir.

İnternetdən verilən məlumata görə Vergilər naziri Fazil Məmmədov vəzifəsini tərg etməyə çalışır(bacaracaqmı?) və kecmiş Nəqliyyat naziri Ziya Məmmədovu Dünya Bankı rüşvət məsələsinə görə yoxlamağa hazırlaşır.Bu kimiləri unutmamalıdırlar ki, “toxunulmaz məmur yoxdur”.Ocümlədən ABB-ni defolta sürüklətdirən Maliyyə naziri S.Şərifov nəqədər burcutsa daözüylə bərabər onun təqdimatı ilə bankın rəhbərliyinə gətirilmiş Elmar Məmmədov və Azər Bayramov da MTN kimi mizan tərəzidə əyləşdirilib, haqqın sorğu-suallarına cavab verməli olacaqlar.

Respublikada ən xoşa gəlməz cəhət odur ki, istənilən dövlət məmurunun istehsalat-maliyyə fəaliyyəti araşdırılan zaman məlum olur ki, xaricdə milyard dollarməbləğlərdə sərmayə qoyuluşları mövcuddur. Sual meydana cıxır: Bəs onda Dövlət Hesablama Palatası və Vergilər nazirliyinin əməkdaşları nə işlə məşğul olublar? İstər istəməz belə nəticə alınır ki, dövlətin maliyyəsinin milyard dollarla talan edilməsinərəhbərlik edən xüsusi kuratorlar dəstəsi mövcuddur. Mənimsəmələrin ört-basdırı mümkünsüz olub üstü açılanda isə xaricə qaçırlar və yaxud qaçmağa çalışırlar.Hal hazırda elə bir nazirlik, icra hakimiyyəti və yaxud komitə varmı ki, büdcədən ayrılan vəsait orada talanmasın? İqtisadçı alim Qubad İbad oğlunun verdiyi məlumata görə büdcəyə gələn vəsaitin 60 %-i idarə etməyə xərclənir. Qohumlardan təşkil olunmuş hakimiyyətdəkilərin balalarına bacardı və yaxud bacarmadı həmin iş yerləri halal mallarına çevrilib. İşsizlik statusu alanlar isə arxasızlar-kasıblardır.

MM-in İqtisadi Siyasət Komissiyası isə ABB-nin defolta sürüklənməsindən qəhərlənib özünün mübarizlik ənənəsinə uyğun olaraq bir milli debitor müğənnininköməkliyiylə “Yetim segah” üstündə yeni “iqtisadi- musiqi” janrı instrumental əsərini yaradıb.

Mənimsəlinən və geri qaytarılması mümkünsüz olan on milyard dollardan çox nəqd pul vəsaitinə görə Maliyyə naziri ABB -nıdefolta sürüklədiyindən, yoxlayıcı səlahiyyətli təşkilatlar maliyyə talalanlarının ört-basdırı ilə məşğul olduqlarından,çirkli maliyyə əməliyyatları ilə GƏDADAN bəy,GƏDƏDƏN kişi tək bataqlıqdan cücərib,  qanları qarışıqlar maliyyə talanları hesabına Böyük Britaniyada,Dubayda...əmlak sahibi olurlarsa, ABB-dən aldığı krediti Avropanın qumarxanasında uduzursa, yerlərdən deyilən faktlar yuxarılarda eşidilmirsə, onda 26 il  Müstəqilliyə qədəm qoymuş, Prezidentin gərgin əməyi nəticəsində artıq dünya miqyasında yavaş-yavaş   tanınan, xaricdən hələ də ərzaq-yeyinti məhsulu daşıyan, ixrac məhsulunun 90 %-i neft məhsulu və müharibə vəziyyətində olan kiçik bir dövlət on milyard dollarla talana davam gətirə biləcəkmi?

                     

Quliyev Elxan Sarı o.                        


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam