KİMƏ İNANASAN?
Yenixeber.org: Bir qayda olaraq “Xeberinfo.com” saytında çıxış edirəm.Maddi və fiziki vəziyyətim get-gedə pisləşsə də respublikamızın maliyyə fəaliyyətində baş verən neqativ hallar məni çox narahat etdiyindən kompüterin qaşısında əyləşməyə məcbur oldum.
05.02.2017-ci il tarixli mənsəbpərəstlərə həsr etdiyim “Cəhənnəm yalquzaqları” çıxışımda yazmışdım: ”Faktları araşdırıb görək banklara şərik olan, fəaliyyətində və görkəmində Təhsil nazirinə oxşayan Rüfət Aslanlı haraya əl atır? Respublika daxilində mənsəbpərəstlikdə adı hallanmayan yeganə məsul şəxs AMB-nin sədri Elman Rüstəmovdur ki, bu Baş Bankirin də sorağı Avstriyanın Mərkəzi Bankının törəmə müəssisəsi banknot çap edən “OeBS” Şirkətindən (Xeberinfo.com 30.03.2014-cü il) və Panamda qeydiyyatdan keçmiş ofşor hesabdan gəlir. Rüfətin arxasında dayananlar isə çalışırlar ki, Rüfəti AMB-na sırısınlar. Rüfətin AMB-ında məsul bir şəxs kimi ən azı on illik iş təcrübəsi olmalıdır. Bu təcrübə onda varmı? AMB-nın fəaliyyətinə qarışmaq istəyənlər heç olmazsa ABB-nin fəaliyyətini yaddan çıxarmamalıdırlar”.
28.08.2017-ci il tarixdə “Allah inandıqlarımı mənə çox görməsin” çıxışım isə göstərdi ki, ən iri səlahiyyət sahiblərinə də inam yoxdur. Bu az imiş kimi yeni xoşa gəlməz bir iri maliyyə xəbəri saytlar vasitəsilə yayımlanmağa başladı.
“Xeberinfo.com” (10.09.2017-ci il): “Şok fakt- Elman Rüstəmov 700 milyon manat (keçmiş məzənnə ilə bir milyard dollar) kredit götürüb. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyduğu məlum olub.
Bank mənbəələrinin məlumatına görə E.Rüstəmov həmin məbləği özünün “Respublika” Bankından, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb”.
Azrbaycanın yeni istehsal sahlərinin işə salınması ücün kreditləşməyə böyük ehtiyacı olduğu halda Gürcüstanın inşaat sektoruna iri məblğdə vəsatin qoyuluşu çoxmu vacibiydi?
ABB-dən küllü məbləğdə pul vəsaiti götürüb qaytarmayanlar:
Dünyamin Xəlilov 2 milyard manat=təqribən
2 milyard 564 milyon dollar
Elman Rüstəmov 1 milyard dollar;
İbrahim İbrahimov 850 milyon dollar.
Əgər həmin məbləğin hamısını 4,414 milyard dollar hesab edib 9.8 milyonluq Azərbaycan əhalisinin sayına bölsək adam başına 450,4 dollar düşər.Bəs bu məbləğdə vəsait kimlərə qismət oldu???
Sual meydana çıxır ki, respulikanın maliyyə varidatnı sağa-sola paylayanlar kimlərdir? Bunlar harınlamış bir qrupdan təşkil olunmuş və belləri mökəm troslarla (buraz) ABŞ və Avropanın fırıldaqla məşğul olan maliyyə işbazlarına bağlı bosslarıdırlar (sahibkar). Belə olan halda bu kimiləri ilə bacarmaq da asan məsələ olmur. Həmin bossların bir qismi məsuliyyətə cəlb olunsa da bəziləri azadlıqdadırlar.
Bəyəm malliyə sahəsinin idarə olunmasını yetərincə bilən E.Rüstəmov anlamırdı ki, kifayət məbləğdə sərmayə sahibi olmayan və torpaqları işğal olunan Gürcüstana sərmayə yatırmaq olmaz? E.Rüstəmov kimisi bu əqidənin sahibidirsə daha kimə inanmaq olar?
Azərbaycanda fəaliyyət göstərən xarici sərmayədarlar qazandıqları vəsaiti öz vətənlərinə göndərdikləri halda Azərbaycanın maliyyə bossları tükənən sərvətlərdən qapdıqları milyard dollarları ofşor hesablarda gizləyir, xaricdə mülklər almağa sərf edir, istehsal müəssisələrinin yaradılmasına yönəldir, bir qismi respublika hakimiyyətini ələ kecirməyə çalışır, bəziləri də qumara qoyurlar.
Dünya miqyasında müvəffəqiyyətlə apardığı inandırıcı xarici siyasətinə görə tanınıb, sayılıb seçilən ölkələr arasında diqqət cəkən Respublikamızın Prezidenti ilə əlbir, dilbir olub qeyd edilənlər barədə düşünüb Respublikanı sarsıdan ciddi maliyyə qüsurlarının qarşısını almaq lazımdır.
Quliyev Elxan Sarı o. 14.09.2017-ci il.