İdarə etməni bilməyəndə:Bizim nümunələr
Yenixeber.org: Bütün sahələr üzrə- təhsildə, elmdə, müdafiədə, kəşfiyyat və əks kəşfiyyatda, maliyyədə, istehsalatda, texnologiyada... idarə etməni bilmədən ali vəzifədə əyləşmək mümkünsüzdür. Məhz SSRİ-nın çökməsinin başlıca səbəbi N.S.Xruşşovdan tutmuş M.S. Qarbaçov da daxil olmaqla dövlətin idarə edilməsində idarə etmə elmindən kasıb, səriştəsiz və bu kimi hevərələrin hakimiyyətə sahib olmaları idi.
Bəs bizdə Müstəqilliyi qan bahasına bərpa etdikdən sonra iri hakimiyyət dairələrində-nazirliklərdə, bölgələrdəki icra hakimiyyətlərində, hüquq mühafizə orqanlarında əyləşənlər idarə etməni mənimsəyə bildilərmi? Bunların əksəriyyətinin bildikləri zorakılıqları həyata kecirmək olub. Həmin bu deyilənlərə əlaqədar olaraq ali idarə edənlərin birisinin dilindən eşitdyim bir kəlməni- Ə, nə kadr-kadr məsələsini salmısınız, indimüstəqillikdir...-i hələ də unutmamışam, unutmuram da. Bu kəlmə ona gətirib çıxar dı ki, baytar həkimini insan həkiminın yerinə vəzifədə əyləıdirmək olarmış.Birinci fakt- nöyüt(neft) alimi kosmik elmi mərkəzdə baş direktor vəzifəsinə təyin olundu. İkinci fakt- UBXSS MTN-yə nazir vəzifəsinə əyləşdirildi. Nəticəsi o oldu ki, qohumlar-qudalar hakimiyyəti metal tor olaraq ali dövlət hakimiyyətinin vücuduna dolanandan sonra Azərbaycan Beynəlxalq Bankının milyard dollarla pul vəsaiti buxarlandı.
“Halal süd əmmiş əvəzsiz şəxsiyyətlər”- Elman Qəmbərov və Eldar Mahmudov kimiləri vəzifəyə təyin edilərkən onlara zamin olan şəxs kim olmuşdu, xasiyyətnaməni kim imzalamışdı? Ekspertlərin verdiyi məlumata görə DTX-nin əməkdaşının hazırlanmasına ölkədən asılı olaraq 20 illə 33 il arasında vaxttələb olunur. Həmin şəxslər kəşfiyyat və əks kəşfiyyat kimi bilgiləri harada, nə vaxt kimlərdən mənimsəmələrini soruşan, tələb edən olmuşdumu?
Keçmiş Sovetlər dönəmində ölkə mülkiyyətinin sahibi dövlət olduğundan onun əmlakını mühafizə edən Ali idarədə UBXSS, bolgələrdə isə OBXSS-lər idi. Ancaq bu o demək deyildi ki, çiynində hər paqon gəzdirəndən DTX əməkdaşı ola bilər.
Şəmsi Rəhimov kimi təcrübəli şəxsin həyatınahansı səbəbdən son qoyuldu? Onun məxfi sənədlər saxlanılan seyfini kim taladı?
“Xeberinfo.com” (17.05.2017-ci il) “Beynəlxalq Banka verilən 12 milyard haraya yoxa çıxıb?” Benəlxalq Bankla bağlı irəli sürülən bəzi iddialar isə məsələnin kökünün daha dərin olduğunu göstərir. Belə ki, auditlərin hesabatlarına görə , ABB 2014-cü ilin yekunlarını 25 milyon dollar xalis gəlirlə başa vurmuşdu. Üzərindən cəmi altı ay keçəndən sonra isə ABB-nin 600 milyon zərər verdiyi rəsmən açıqlanmışdı. 2016-cı ildə isə zərər 1.9 milyard olub.
ABB-nin zərəri bununla bitməyib. Məlumata görə, indiyə qədər problemli kreditlərin sağlamlaşdırılması tədbirləri məqsədilə Mərkəzi Bankdan Beynəlxalq banka 10 milyard manata yaxın vəsait köçürülüb.Dövlət neft fondu da eyni məqsədləəlavə bir milyard dollar ayırıb. Bank isə bir neçə gün öncə hələ 3,3 milyard dollar borcu olduğunu açıqlayıb. Belə çıxır ki,onunümumi xarici borcu 14 milyard dolları keçibmiş. Az qala, Azərbaycan büdcəsinə yaxın bu borc yükünün yaranmasının səbəbi isə müəmmalıdır. Axı necə ola bilər ki, 2014-cü ili 25 milyonluq mənfəətlə başa vuran bank iki il ərzində 14 milyardlıq dollarla zərərə düşsün?
“Azpolitika.info”un suallarını cavablandıran iqtisadçı ekspertdən birini də məhz bu müəmma narahat edir: “Problemli aktivlər “Aqrokredit”ə kecirilib və əvəzində ABB 9,93 milyard manat həcmində nəqd vəsait əldə edib. Əlavə banka 70 milyon manat və 1,3 milyard dollar sağlamlaşdırma tədbirlərini həyata kecirmək ücün ayrılıb. Bu isə toplam 12 milyard manat edir. Bank hələ də borcludursa, həmin 12 milyardın taleyi necə olub?
Cari ilin mart ayının 27-sindən bəri izləyə bildiyim eyni tipdə yazılmışlar aşağıdakılardır:
1.“Eldar Mahmudovun “brilyant ovcuları”nın gizlinləri” (27.03.2017-ci il)”,
2.”Beynəlxaq Bank borcların ödənməsini dayandırır”(13.05.2017-ci il),
3. “Beynəlxalq Banka verilən 12 milyard haraya yoxa çıxıb?” (17.05.2017-ci il),
4.“Rusiya Azərbaycandakı prezident seçkilərinə hazırlaşır-ADP nin sədri Sərdar Cəlaloğlunun məlumatı” (18.05.2017-ci il),
5.“Beynəlxalq Bankı xilas etmək cəhdi iqtisadi inkişafı lənkidəcək “MOODY” s-dən bəd xəbər”(20.05.2017-ci il),
6. Beynəlxalq Bank ətrafında davam edən proseslər dövlət üçün ciddi ptoblemə çevrilib”-Əli Məsimi (20.05.2017-ci il),
7. “Samir Şərifov Azərbajcanı qalmaqala sürükləyir” (23.05.2017-ci il),
8.Eldar Mamudovun bankir qudası Beynəlxalq Bankın milyonlarını ofşorda saxlayır” (26.05.2017-ci il).
3-üncü, 4-üncü və 8-inci çıxışlar oxucunun diqqətini çəkir. Belə ki, ADP-nin sədri S.Cəlaloğlu qeyd edir ki, keçən seçkilərdə 20 milyard dollar vəsait məcburiyyət qarşısında Rusyaya pərvaz edib. Belə olan halda kemiş dönəmlərdə Azərbaycanın Xalq yazıçılarının biri tərəfindən irəli sürülən”dadanan yalquzaqdan betər olur” məsəli yada düşür.Hal-hazırda ciddi maliyyə çətinliyinə düşüb Azərbaycan varidatına ortaq-dadanaq olan Rusiya hakimiyyətimüharibə vəziyyətində olduğumuz bu gündə Azərbaycandan əl çəkəcəkmi?
Mən başa düşdüymisə budur ki, müharibə vəziyyətində olduğumuz bu gündə prezident seçkisi lazım deyil və prezident yerindədir. Respublikamızda seçkinin keçirilməsi Rusiya Federasiyasının rəbərliyinə lazımdır ki, ara qaışIb məzhəb itsin ki, RF hakimiyyəyəti də Azərbaycandan istədiyini qoparda bilsin.
“Eldar Mahmudovun bankir qudası Beynəlxalq Bankın milyonlarını ofşorda saxlayır“ yazısında Yeni xeber.orq: Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovla onun qudası, hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının(ABB) keçmiş sədri Cahangir Hacıyevin fəaliyyəti ümumilikdə ölkənin bank sektorunuçöküş durumuna gətirib. ABB 3.3 milyard dollar həcmində borcun restrukturizasiyasına nail olmaq məqsədilə mayın 11-də Nyu-York məhkəməsinə müraciət edib. Azərbaycandakı kapitalın 1/3-nə nəzarət edən ABB iflas edəcək qədər böyüyüb və elə 2015-ci ildə hökumətin banka nəzarəti ələ alması dabu faktı sərgiləmiş oldu.
Deputatın (Zahid Oruc) açıqlamasından sitat: ”Beynəlxalq Bank və milli təhlükəsizlik nazirliyi xətti ilə ən azı on milyard manatdan artıq pul kütləsinin dövrüyyədən və ölkədən çıxarılmasını bütün təhlillərin mərkəzinə qoymadan real mənzərəyə obyektiv qiymət vermək mümkün deyil. Əksər hissənin ofşor zonalarda olduğuna heç bir şübhə yeri qalmayan oğurluq pullar bir nəfər şəxsin deyil, ən azı 2 hakimiyyət qurumunun dövlətə necə böyük zərbə vura bilcəyini təsdiq edir”.
Ən xoşa gəlməz cəhətlərdən biri-Soruşan yoxdur ki, ABB-də Müşahidə Şurasında təmsil olunan Maliyyə naziri Samir Şərifov orada nə işlə məşğul olurmuş. Beləliklə araşdırmalardan aydın olur ki, ABB-dəDövlətə maliyyə zərbəsi vuran “2 hakimiyyət qurumun”dan başqa digəri, 3-üncüsü dəvar. Dövlətimizi sarsıdan bütün buxoşa gəlməz hadisələr ondan irəligəlir ki,hakim vəzifələrə sahib olanlar təcrübədə özünü doğrultmuş pillələrdən kecməmiş idarə etmənin qapısından yox, “Bağdadda kor xəlifə, burda mənəm” deyib idarəetmənin pəncərəsindən içəri tullanmışlar.
ABB-də yerikləmə o dərəcəyə catıbmış ki, süpürgəçinin də adına kredit sənədləşdırmişlər.Burada harınlama elə bir vəziyyətə gəlib çıxıbmış ki, bir nəfərin adına da saxta təminatla 2 milyard dollar kredit sənədləşdirmişlər. İndi də qaytarılması mümkünsüz olan kreditlərin adını problemli kreditlər qoyublar.
Respublikada baş verən maliyyə talanları haqqında vaxtında aidəti ali idarələrə rəsmi məlumat verən Xüsusi idarənin əməkdaşı Tofiq Rəcəbovu, “müsavat com”u, “Dia.az “ı eşitməyən səlahiyyətlilərin bu gün həmin talanlar barədə apardıqları istintaqlar baş aldatmaqdan başqa bir şey deyil.Təkzib olunmaz fakt budur ki, hökumətin yüksək səlahiyyətli şəxsləri tərəfindən ABB-nin 10 milyard dollardan çox nəqd pul vəsaiti oğurlanıb.
“NƏ VARDI Kİ” müxəmməsimi isə şəxsi maraqları naminə ABB-də baş verən maliyyə yaramazlıqlarına göz yumanMaliyyə Naziri Samir Şərifova, ölkəni qara günə qoyanmaliyyə talanları haqqında birkəlmə danışmayan, mübarizlik göstərməyən və özündən yuxarı mərtəbələrdə əyləşənlərin hörmətini qazanmaq xatirinə susub onların kölgələrində yatanMM-in İqtisadi Siyəsət Komissiyasının Sədri Ziyad Səmədzadəyə, və qanunların ratifikasiya olumasında uzun müddət süründürməçiliklə məşğul olan MM-inSədri Oktay Əsədova ərmağan göndərirəm.
NƏ VARDI Kİ
Bir işsizlik, bir iş satan heç birisi olmasaydı,
Bir yalaqlıq, bir pərəstiş heç birisi olmasaydı,
Bir zalımlıq, bir də zülüm heç birisi olmasaydı,
Bir yamanlıq, bir də çuğul heç birisi olmasaydı,
Ömürsürüb, xoş gün görüb yaşamağa nə vardı ki.
Bir əzilən, bir də əzən heç birisi olmasaydı,
Bir aldanan, bir aldadan heç birisi olmasaydı,
Bir inhisar, bir sahibkar heç birisi olmasaydı,
Bir istismar, bir saxtakar heç birisi olmasaydı,
Ömürsürüb, xoş gün görüb yaşamağa nə vardı ki.
Bir qan içən, dollar kəsən heç birisi olmasaydı,
Bir hal bilən, bölgə satan heç birisi olmasaydı,
Bir ev yıxan,rüşvət alan heç birisi olmasaydı,
Bir bank udan, avro qapan heç birisi olmasaydı,
Ömür sürüb, xoş gün görüb yaşamağa nəvardı ki.
Bir sülənən, bir dilənən heç birisi olmasaydı,
Bir ag yalan, təhrif yazan heç birisi olmasaydı,
Bir pul qıran, şöhrət gəzən heç birisi olmasaydı,
Bir cib kəsən, mənsəb güdən “şapqa qaqet” olmasaydı,
Ömür sürüb, xoş görüb yaşamağa nə vardı ki.
Milyard, milyard dəyərində rüşvət yığan olmasaydı,
Milyard, milyard məbləğində əmlak alan olmasaydı,
Milyard, milyard ABeBedə dollar talan olmasaydı,
Milyard, milyard ofşorlarda pullar yapan olmasaydı,
Ömür sürüb, xoş gün görüb yaşamağa nə vardı ki.
Neftdən gələn gəlirləri putka gədə udmasaydı,
İnək kimi bu dövləti fövqəl hədə sağmasaydı,
Məclisinin baş biləni araz səmə olmasaydı,
Məcəllənin qəbulunu on il dala salmasaydı,
Ömür sürüb, xoş gün görüb yaşamağa nə vardı ki.
Dükanlarda, bazarlarda qiymət fantan verməsəydi,
Satanlarda, işbazlarda insaf, mürvət itməsəydi,
Künc bucaqda, dalanlarda saf sədaqət ölməsəydi,
Tarif Şura adlananda haqq-ədalət çökməsəydi,
Ömür sürüb, xoş gün görüb yaşamağa nə vardı ki.
Quliyev Elxan Sarı o.