Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Deputat alimlərə hirsləndi:İndi hamımız “qəşənk” olacağıq?

Deputat alimlərə hirsləndi:

 

 

 

Azərbaycan  Milli Elmlər Akademiyasının alimləri elə bil dilimizin qəsdinə durublar

 

Yenixeber.org: Bunu yazıçı, millət vəkili Aqil Abbas deyib.

“İndi də yeni bir Orfoqrafiya lüğəti tərtib edirlər, məsələn, “qəşəng” sözü “qəşənk” yazılmalıdır. Niyə, qaqa, “k”la yazanda hamımız “qəşənk” olacağıq? Nə bilim, day bir də hansısa hərfləri dəyişirlər” – deyən millət vəkilinin sözlərinə görə, orta məktəblərimizdə müəllimlərimiz “qəşəng” sözünü uşaqlara heç “qəşəng” kimi öyrədə bilmirlər, bir imla yazdırılsa, 80 faizində yüz orfoqrafik səhv tapılar.

“İndi də “qəşənk”  yazmağı öyrədəcəyik. Nə bilim iki samitin biri düşməlidi, “ədəbiyyat” yox, “ədəbiyat” yazılmalıdı, “riyaziyyat” yox, “riyaziyat” yazılmalıdı. Deməli, adında iki samit olanlar gedib pasportlarını, şəxsiyyət vəsiqələrini dəyişməlidirlər də?! Məsələn, “Məhərrəm” yazılmalıdır “Məhərəm”, adam da səhv elədi ortadakı “ə”ni yedi “Məhərəm” oldu “Məhrəm”  Məsələn, “eşşək” sözünü “eşək” yazmalıyıq. “Eşək” hara, “eşşək” hara?! Hələ elə adamlar var ki, onlara “eşşək” deyəndə də ürəyin soyumur, üç “ş”la deyəndə ləzzət eləyir.

Hörmətli, alimlər! Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan dilinin inkişaf etdirilməsi ilə bağlı sərəncam verib, başına oyun açılması ilə bağlı yox. İndi iki samitdən birini ixtisar etsək, onda Azərbaycan Milli Elmlər Akademiyası day indən belə Azərbaycan Mili Elmlər Akademiyası yazılacaq? Mən ölüm, nə təhər dedim?! Qəşşənggg! Üzr istəyirəm, qəşənk!

Hörmətli alimlər, imkan tapanda Vaqifi, Süleyman Rəhimovu, Səməd Vurğunu təzədən bir oxuyun. O qədər unutduğumuz söz tapacaqsınız ki, özü də təmiz Azərbaycan dilində! Yox, əgər buna imkanınız yoxdusa, onda heç olmasa xarici işlər nazirimiz Elmar Məmmədyarovu məsləhətçi kimi Akademiyaya dəvət edin” – deyə, A. Abbas sözlərinə əlavə edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam