Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Rusiyada Müstəqillik günü qeyd edildi

Rusiya paytaxtında 28 May-Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib. 

Yenixeber.org: Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təşkil olunan tədbirdə Rusiya xarici işlər nazirinin müavinləri Mixail Qaluzin, Andrey Rudenko, Alkesandr Pankin, Rusiyada akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, hərbi attaşelər, rusiyalı senator və deputatlar, Rusiyanın ekspert cəmiyyətinin tanınmış simaları, diaspor nümayəndələri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu bildirib ki, ölkəmizin müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət və siyasi xadim, bu il 100 illik yubileyini qeyd olunan Heydər Əliyevin adı ilə bağlıdır: “Sevindirici haldır ki, 100 illik yubiley Rusiyanın bir çox regionlarında geniş qeyd olunur. Heydər Əliyev Azərbaycan və Rusiya arasında həqiqətən birləşdirici şəxsiyyətdir. Bu gün Heydər Əliyevin planları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir”. 

İki ölkə arasında münasibətlərin hazırki səviyyəsindən danışan diplomat qeyd edib ki, ali səviyyədə daimi siyasi dialoq sayəsində son onilliklər ərzində Azərbaycan-Rusiya əməkdaşlığı siyasi, iqtisadi və humanitar sahələrdə bir çox konkret qarşılıqlı faydalı layihələrlə nəzərəçarpacaq dərəcədə möhkəmlənib və genişlənib. 

Səfir həmçinin 2020-ci ilin noyabrında Azərbaycan ordusunun öz ərazilərinin 30 illik işğalına son qoyduğunu xatırladıb: “Bütün bu illər ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməyə baxmayaraq, Ermənistan onlara məhəl qoymayaraq Azərbaycan torpaqlarının ilhaqı siyasətini davam etdirib. Torpaqlarımızın işğaldan azad edilməsi qonşu ölkənin işğal olunmuş torpaqlarda onilliklər ərzində həyata keçirdiyi geniş qanunsuz fəaliyyəti üzə çıxarıb. Bura etnik təmizləmə, ərazinin geniş miqyaslı minalanması, tarixi, mədəni və dini irsin məqsədyönlü şəkildə məhv edilməsi və mənimsənilməsi, təbii sərvətlərin talanması və infrastrukturun dağıdılması daxildir. 

Bölgədəki hazırkı vəziyyət, Ermənistanın siyasi rəhbərliyinin ritorika və narrativləri bizi inandırır ki, qonşularımız sülh istəmir və dövlətlərarası münasibətlərin normallaşması prosesini süni surətdə ləngidir. Ermənistanın danışıqlar imitasiya praktikasından istifadə edərək revanşist ideyaları ilə yaşamaqda davam etdiyini, üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək əvəzinə, təxribatlara əl atdığını təəssüflə dərk etmək olar. Bundan başqa, İrəvan ərazilərin minalanması prosesini davam etdirərək, təbii sərvətlərimizin qanunsuz çıxarılmasını həyata keçirməklə, öz silahlı birləşmələrini Azərbaycanın suveren ərazisindən çıxarmamaqla regionda sabitlik və təhlükəsizliyə yeni təhlükə yaradır”, deyə səfir Polad Bülbüloğlu tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

Diplomatın sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur regionlarının dirçəlişi Azərbaycan xalqının milli ideyasının mühüm elementlərinə çevrilib: ”Hazırda İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır, irimiqyaslı layihələr həyata keçirilir, yüzlərlə kilometrlərlə yeni asfalt yollar çəkilir. Füzuli və Zəngilan şəhərlərində yeni beynəlxalq hava limanları rekord müddətdə istifadəyə verilib. Laçın şəhərində regionda üçüncü hava limanı inşa olunur. Dini və tarixi memarlıq abidələrinin bərpası və restavrasiyası istiqamətində işlər sürətlə davam etdirilir”. 

Polad Bülbüloğlu vurğulayıb ki, Azərbaycan Rusiyanın və şəxsən Rusiya Prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan münaqişəsinin həllində, münaqişədən sonrakı nizamlanma səylərində vasitəçilik rolunu yüksək qiymətləndirir. “Bu gün Rusiya, Ermənistanla münasibətləri normallaşdırmaq yollarını tapmaqda bizim mühüm tərəfdaşımız olmağa davam edir... Mənim ölkəm üçün Rusiya ilə tərəfdaşlığın aydın, proqnozlaşdırıla bilən və məqsədyönlü strateji perspektivi var. Bunun üçün liderlərimizin böyük potensialı və iradəsi var”, deyə səfir yekunlaşdırıb. 

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin isə çıxışında Vladimir Putinin İlham Əliyevə təbrikinə istinad edib. Qeyd edib ki, Azərbaycan iqtisadi və sosial sahələrdə heyrətamiz uğurlar qazanıb, dünya miqyasında layiqli nüfuza malikdir, beynəlxalq gündəmdə olan bir çox mühüm məsələlərin həllində fəal rol oynayır: “Rusiya və Azərbaycan xalqlarını mehriban qonşuluq, dostluq və qarşılıqlı hörmət ənənələri bağlayır. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir”. 

Qaluzin əmindir ki, Rusiya və Azərbaycan liderləri arasında etibarlı dialoq buna kömək edir: “Hökumət xətti ilə fəal iş aparılır, ticarət-iqtisadi, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlıq genişlənir. Parlamentlərarası əməkdaşlıq, regionlararası əlaqələr çoxalır. 2022-ci ilin fevralında ölkələrimizin liderləri Moskvada Müttəfliqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayıblar. Bu gün hamımızın düşdüyü çətin beynəlxalq vəziyyət bu sənədin vaxtında imzalandığını və vacibliyini təsdiqləyir. Bu, xüsusilə, xarici işlər nazirliklərimizin fəaliyyətinin sıx əlaqələndirilməsini, MDB çərçivəsində, eləcə də regional və beynəlxalq platformalarda fəal əməkdaşlığı təmin edir”. 

Mixail Qaluzin Polad Bülbüloğlunun siyasi dialoqun və ümumilikdə Moskva-Bakı münasibətlərinin inkişafına şəxsi töhfəsini də qeyd edib: “Zəngin həyat təcrübənizi və Rusiya ilə Azərbaycan arasında çoxşaxəli əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş enerjili səylərinizi qiymətləndirmək çətindir. Əminəm ki, biz birgə səylərlə ölkələrimizin xalqları arasında müttəfiqlik münasibətlərinin bütün potensialından istifadə edə biləcəyik. Sizə, hörmətli Polad Bülbüloğlu, ürəkdən cansağlığı və uğurlar arzulayıram. Mən çıxışımı Rusiya-Azərbaycan dostluğunun daha da möhkəmlənməsi, xalqlarımızın rifahı və firavanlığı, sağlamlığı arzuları ilə yekunlaşdırmaq istərdim”, deyə Rusiya XİN başçısının müavini vurğulayıb. 

Daha sonra Rusiya neft-qaz sənayeçiləri İttifaqının rəhbəri Gennadi Şmal çıxış edib. O, Azərbaycanın səfiri Polad Bülbüloğlunu Rusiyanın neft-qaz kompleksinin, neft regionlarının qubernatorlarının, baş nazirin müavinlərinin, nazirlərin daxil olduğu mükafat komitəsi tərəfindən təsis olunan Orucov medalı ilə təltif edib. 

Təntənəli qəbul Azərbaycanın musiqi və rəqs ustalarının çıxışları ilə davam edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam