Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ-ın bu şəhərində 28 may Azərbaycanın Respublika Günü elan olundu - BƏYANNAMƏ

ABŞ-ın Florida ştatının Mayami-Deyd şəhərinin meri Karlos Himenez 2020-ci ilin 28 may tarixini Azərbaycanın Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb.

Yenixeber.org: Azərbaycan Respublikasının Vaşinqtondakı Səfirliyindən verilən məlumata görə, şəhər meri Amerikada yaşayan azərbaycanlıların Floridadada güclü iştirakını vurğulayaraq, onların regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhfələrini qeyd edib.

K.Himenez Mayami-Deyd şəhərinin multimədəniyyət müxtəlifliyinə fərdlər və təşkilatların töhfəsini tanımağa səy göstərdiyini bildirib.

Mer dünyada 46 milyondan çox azərbaycanlının son 100 ildə 28 may tarixini əcdadların töhfələrini qeyd etmək üçün Azərbaycan Respublikası Günü qeyd etdiyini, o cümlədən bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabrında yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rolunu xatırladıb.

 

 

Bəyannamənin mətnində Azərbaycan Respublikasının universal səsvermə hüququnu təmin edən ilk dövlətlərdən biri olması və ABŞ da daxil olmaqla, digər demokratik dövlətlər tərəfindən tanındığı yazılıb. Şəhər meri bu hadisənin həm də, Mayami-Deyd dairəsi üçün ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli fürsət olduğu bildirib.

Mer 28 may 2020-ci il tarixini Azərbaycan Respublikası Günü elan edərək Mayami-Deyd şəhərinin sakinlərini bayrama qoşulmağa, Azərbaycan xalqının səylərini və nailiyyətlərini birgə qeyd etməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam