Redaktor seçimi
Fuad Muradovun diaspora uğursuzluğu:
Samir Şərifovun çətiri altında KORRUPSİYA ÇETESİ -
Mədəniyyətimizin vəhşicəsinə talanı: Cənab “Gülümsərov”un biznesi qitələri aşır-
Qorxmaz Hüseynovun qardaşına korrupsiya ittihamı-
Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR-
Abunəçilər “Azercell”i biabır etdilər: Şəhərin ortasında şəbəkə itir, internet isə bərbaddır-
“Yeraltı dünya”nın yeni hökmdarı: Zaur Hüseynovun metro əməliyyatları-
Günün xəbəri

Son sutkada dünyada koronavirusa daha 95,8 min insan yoluxub-ÜST açıqladı

 

Dünyada koronavirusla bağlı təsdiq edilmiş ölüm hallarının sayı gün ərzində 6 mindən çox artaraq, 265 mini ötüb.

Yenixeber.org: Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbər verir.

Təşkilat bildirib ki, dünyada COVID-19-a yoluxanların sayı 3,8 milyonu ötüb.

ÜST-ün məlumatına görə, ayrı-ayrı qitələrdə koronavirusa ümumilikdə 3 855 812 yoluxma və 265 862 ölüm qeydə alınıb. Virusa yoluxanların sayı son sutkada daha 95 845 nəfər, ölənlərin sayı 6 388 nəfər artıb.

COVID-19-a ən çox yoluxma və ölüm Avropada qeydə alınıb. Köhnə qitədə virusa 1 682 338 nəfər yoluxub, 154 233 insan ölüb. Son 24 saatda COVID-19 xəstələrinin sayı 27 993 nəfər artıb, daha 2 054 nəfər ölüb.

Şimali və Cənubi Amerikada 1 636 841 insan koronavirusa yoluxub, 91 893 nəfər ölüb. Bu region son sutkada koronavirusa yoluxanların sayına görə Avropanı üstələyib. Qitədə daha 50 712 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.

Amerika qitəsi həmçinin bir gün ərzində ölənlərin sayına (3 963) görə də Avropanı üstələyib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     
{sape_links}{sape_article}