Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dünyada bir gündə COVID-19-dan 6 mindən çox insan öldü-AÇIQLAMA

 

 

Dünyada koronavirusa yoluxma halları sayı bir gün ərzində demək olar, 85 min artıb və 2,8 milyona çatıb.

Yenixeber.org: Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Son məlumatlara görə, dünyada bir gün ərzində 84 900 yoluxma və 6 018 ölüm qeydə alınıb. Beləliklə, COVID-19-a yoluxanların ümumi sayı 2 804 796-a çatıb, ölüm hallarının sayı 193 722 təşkil edir.

Yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə 1 341 851 nəfər COVID-19-a yoluxub. Regionda ölüm hallarının sayı 122 218 təşkil edir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam