Redaktor seçimi
Saleh Məmmədovun “ərköyün” kadrları...-
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
Günün xəbəri

Trampla Ərdoğan telefonla danışıblar 

 

 ABŞ və Türkiyə prezidentləri - Donald Trampla Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

Yenixeber.org: AA xəbər verir ki, bir sıra ikitərəfli və regional məsələləri müzakirə edən dövlət başçıları dünyanı cənginə alan COVID-19 virusu ilə bağlı da fikir mübadiləsi aparıblar.

Söhbət zamanı qeyd olunub ki, bu xəstəliyə yalnız ümumdünya həmrəylik və əməkdaşlıq yolu ilə qalib gəlmək mümkündür. Epidemiyanın müxtəlif təsirlərini nəzarətə götürmək üçün məlumat və təcrübə mübadiləsi aparmaq qərarlaşdırılıb.

Həmçinin Ağ Evdən də yayılan açıqlamada iki dövlət başçısının yeni koronavirusla mübarizədə və dünya iqtisadiyyatının dəstəklənməsinə yönələn beynəlxalq səylərdə yaxından iştirak etmək məsələsində razılığa gəldikləri qeyd olunur.

Prezidentlərin Suriya və Liviya başda olmaqla münaqişə baş verən ölkələrdə atəşkəsə nail olmağın və sülhə yönələn addımların əvvəlkindən daha mühüm əhəmiyyət daşıdığı barədə də yekdil fikirə gəldikləri vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam