Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Fuad Abbasovun vəkili:“Daha bir neçə gün səbrli olun”

Fuad Abbasov
Fuad Abbasov

“Fuad Abbasovun səhhəti normaldır. Onunla tez-tez görüşürəm. Hər şey qaydasındadır. Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları da Fuad Abbbasovla görüşüb səhhəti ilə maraqlanır”.

Yenixeber.org: Bunu açıqlamasında Rusiyada saxlanılan azərbaycanlı jurnalist və bloger Fuad Abbasovun hüquqlarını müdafiə edən vəkil Elman Paşayev deyib.

Müvəkkili ilə mütəmadi görüşdüyünü deyən hüquq müdafiəçisi daha bir neçə gün səbrli olmağı məsləhət görüb:

“İyunun 6-da Fuad Abbasovun apellyasiya şikayətinə baxılacaq. Apellyasiyadan sonra bəlli olacaq ki, Fuad Abbasov Azərbaycana ekstradisiya oluna bilər, yoxsa yox”.

Qeyd edək ki, Rusiyanın Ximki şəhər məhkəməsinin Fuad Abbasovun deportasiyasına dair qərarından Moskva vilayət məhkəməsinə apellyasiya şikayəti verilib.

Fuad Abbasov bu il mayın 16-da Moskva vilayətinin Ximki şəhərində miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq saxlanılıb. Hazırda jurnalist Korolyovdakı xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam