Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

"Fuad Abbasovun saxlanılması sifarişlidir" - Hafiz Hacıyevdən ŞOK İDDİA

"Fuad Abbasovun saxlanılması sifarişlidir" - Hafiz Hacıyevdən ŞOK İDDİA

"Tanınmış jurnalist Fuad Abbasovun Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ermənilərin Azərbaycana qarşı növbəti demarşıdır. Xatırlayırsınızsa, Fuad Abbasov bir neçə il bundan öncə çeçenlərlə azərbaycanlılar arasında Moskvada yaranmış ixtilafın ütünü açdı. Məlum oldu ki, ermənilərin çeçenlərlə azərbaycanlılar arasında baş vermiş konfliktində əli olub. Jurnalist bunu araşdıraraq çox ciddi bir iş gördü və bunu sübuta yetirdi".

Yenixeber.org: Bu sözləri Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev söyləyib.

Hafiz Hacıyevin sözlərinə görə, Fuad Abbasovun saxlanılması ermənilər tərəfindən sifariş edilib:

"Bu, sifarişlidir, ermənilər tərəfindən sifariş edilib. Jurnalist dəfələrlə Moskvada çəkilişlər edib, veriliş aparıcı olub. Niyə, məhz, həmin vaxtlar bu kimi hallar baş vermirdi? İndi baş verdi. Bu, çox qərəzli bir addımdır. Azərbaycan xalqı öz mövqeyini tam ortaya qoymalıdır. Fuad Abbasov bizim fəxrimizdir. Biz hər zaman onun yanındayıq və onu çox yüksək səviyyədə qarşılamalıyıq".

H. Hacıyev bildirib ki, ermənilərin bizi bu qədər alçaltmasına susmamalıyıq:

"Torpağımızı əlimizdən alıblar, Şuşada yallı gedirlər, Moskvada həmyerlimizi incidirlər. Biz yiyəsiz deyilik. Bu məsələyə eyni zamanda Milli Məclisin deputatları da qarışmalıdır. Ermənilər Fuad Abbasovun bu hala salınmasına çoxdan cəhd edirdilər və arzularına da çatdılar".

Qeyd edək ki, tanınmış jurnalist Fuad Abbasov mayın 16-da Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun mayın 28-də Azərbaycana deportasiya olunması gözlənilir. F. Abbasov miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinir. (Sonxeber)


"Fuad Abbasovun saxlanılması sifarişlidir" - Hafiz Hacıyevdən ŞOK İDDİA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam