Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Fuad Abbasovun saxlanmasına etiraz olaraq- aksiya keçirilib

Fuad Abbasovun saxlanmasına etiraz olaraq Rusiyanın Bakıdakı səfirliyi qarşısında aksiya keçirilib

Azərbaycan vətəndaşı, jurnalist Fuad Abbasovun Rusiyada saxlanmasına etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında aksiya keçirilib.

Yenixeber.org:   F. Abbasovun ailə üzvləri və sadə vətəndaşların iştirakı ilə keçirilən aksiyada jurnalistin saxlanmasına etiraz bildirilib, onun azadlığa buraxılması tələb olunub.

"Fuad Abbasova azadlıq" və digər şüarlar səsləndirilən aksiyada baş verənlərin Azərbaycan və Rusiya arasında münasibətlərin ruhuna uyğun olmadığı vurğulanıb.

Rusiya səfirliyinin əməkdaşı aksiyanın qətnaməsini qəbul edərək, aidiyyəti ünvana çatdırılacağını bildirib.

Qeyd edək ki, mayın 16-da Rusiyada jurnalist və blogger kimi fəaliyyət göstərən Fuad Abbasov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun qollarına qandal vurularaq öncə polis bölməsinə, sonra isə Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə aparılıb. Mayın 17-də Moskva Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyaya girişinə qadağa qoyulması ilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin qərarını qüvvədə saxlayıb.

Mayın 20-də vəkil Elman Paşayev onunla görüşüb. Vəkil Fuad Abbasovun Rusiyadan deportasiya olunması ilə bağlı qərarın mayın 26-da qüvvəyə minəcəyini, mayın 28-də isə onun Azərbaycana deportasiya edilə biləcəyini söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam