Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Fuad Abbasovun apelyasiya şikayətinə - 6 iyunda baxılacaq

“Jurnalist Fuad Abbasovun 31.05.2019 tarixində Azərbaycana deportasiya olunacağı haqqında yayılan məlumatların heç bir hüquqi əsası yoxdur”.

Yenixeber.org: Bunu F.Abbasovun vəkili Teyyub Şərifov facebook səhifəsində yazıb: “Qüvvəyə minmiş məhkəmə aktının olmaması səbəbindən Fuad Abbasovun ölkədən çıxarılmasının qeyri-mümkünlüyü haqqında müvafiq məhkəmə sənədləri mənim tərəfimdən lazımi qurumlara təqdim edildi. F.Abbasovun Rusiyadan çıxarılması haqqında məhkəmə qərarından apelyasiya şikayəti üzrə ilk məhkəmə iclası 6 iyun tarixində 10:00-da keçiriləcək”.

Vəkil əlavə edib ki, Fuad Abbasovu ziyarət edərkən onun həqiqətən də 31 may tarixində ölkədən çıxarılmasına hazırlıqların getdiyinin şahidi olub: “Ximkinski şəhər məhkəməsinin 16.05.2019 tarixində çıxardığı qərara əsasən artıq ona bu günə olan tarixə Azərbaycana bilet alınıb. Mənim ”bilet kim tərəfindən alınıb" sualıma isə xüsusi saxlanma məntəqəsinin rəhbərliyi tərəfindən cavab verilməyib".

F.Abbasovun ailəsi isə ona aid Facebook səhifəsindən elan edib ki, F.Abbasovun 31 mayda Rusiya Federasiyası ərazisindən deportasiya olunacağı ilə bağlı xəbərin heç bir əsası yoxdur. Vəkilin adından qeyd edilib ki, artıq xarici vətəndaşların müvəqqəti saxlanma təcridxanasına müvafiq müraciət edilib. Həmin müraciətdə bildirilib ki, F.Abbasov barədə qüvvəyə minmiş məhkəmə qərarı olmadığı üçün onun deportasiyası mümkün deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam