Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Fuad Abbasov Azərbaycana deportasiya olunacaq - Sabah

 Azərbaycanlı jurnalist Fuad Abbasovun Bakıya göndərilməsi üçün bilet alınıb.

Yenixeber.org: Fuad Abbasovun hüquqlarını müdafiə komitəsinin üzvü, “Azərbaycan” cəmiyyətinin sədri Oqtay Hüseynov bildirib.

O deyib ki, bilet 31 may tarixi üçün alınıb.

“Fuad Abbasovun departasiya edilməsi ilə bağlı Ximki Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. Bu şikayətlə bağlı məktub sabaha qədər təcridxanaya daxil olmasa, Fuad Abbasov mayın 31-də Bakıya göndəriləcək”.

Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də “Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması” adlı 2737/2019 nömrəli işə baxıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam