Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

Bu deputat 3 milyard rüşvətlə tutuldu

 

Rusiya Dövlət Dumasının deputatı Vadim Belousov 3 milyard rubl həcmində rüşvət almaqda ittiham edilərək həbs olunub.

Yenixeber.org: “İnterfaks” xəbər verir ki, deputatın sonrakı taleyini yaxın günlərdə Yekaterinburq məhkəməsi müəyyən edəcək.

İstintaq materiallarına görə. 2010-cu ildən 2014-cü ilədək Belousov Çelyabinsk vilayətinin keçmiş qubernatoru Mixail Yuryeviçlə əlbir olaraq, himayədarlıq göstərmək məqsədilə holdinq rəhbərindən rüşvət alıblar. Nəticədə, holdinqə daxil olan təşkilatlar yollara göstərilən xidmət üzrə hərraclarda qalib gəliblər, rüşvət verənlərin nəzarəti altında olan şəxslər isə dövlət müəssisələrinə direktor vəzifələrinə təyinat alıblar. Rüşvətin həcminin 3 milyard rubl (təxminən 46 milyon dollar) olduğu deyilir.

Ötən ilin dekabr ayında Dövlət Duması Rusiya Baş Prokurorluğunun sorğusu əsasında Belousovu deputat toxunulmazlığından məhrum etmişdi. Vadim Belousov – “Ədalətli Rusiya” partiyasından Dumanın üzvü olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam