Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiyanın ən iri bankı Mənsimovdan pullarını tələb edir

Rusiyanın ən iri dövlət bankı milyarder Mübariz Mənsimova məxsus olan “Palmali” şirkətinə qarşı iddia qaldırıb. Virtualaz.org Rusiyanın Rostov vilayətinin Arbitraj Məhkəməsinin məlumatına istinadən xəbər verir ki, hakim V.S.Biryukovanın icraatında olan iddiada “Sberbank” “Palmali”dən 10,3 milyon dollardan artıq vəsaitin ödənilməsini tələb edir.

Yenixeber.org: Qeyd etmək lazımdır ki, bu, Rusiyanın ən iri maliyyə təşkilatının Mübariz Mənsimovun şirkətinə qarşı ilk maddi tələbi deyil.

Belə ki, 2015-ci ildə bank “Palmali”ni kredit öhdəliklərini yerinə yetirməməkdə ittiham edib və 214 milyon rubl vəsaitin şirkətdən alınmasını istəyib. Bu məbləğ 2013-cü ilin oktyabr ayında bağlanmış iki kredit müqaviləsinə görə borc məbləği olub.

“Sberbank”ın bəyanatında bildirilir ki, həmin müqavilələr əsasında bank “Palmali”yə ümumi məbləği 3 milyon dollar olan kredit xətləri açıb və məbləğ 2019-cu ilə kimi ödənilməli idi. Lakin borcalan öhdəliklərini “lazımınca” icra etmir. Bununla bərabər, “Sberbank” borcalanın əmlakına həbs qoyulmaqla təminat xarakterli qərarın çıxarılmasını tələb edib.

O vaxt – 2015-ci ildə, bu gün olduğu kimi, “Palmali” bu məsələ ilə bağlı hər hansı şərhdən imtina edir. Lakin aydındır ki, “Palmali”nin təchizatçılar və podratçılarla mütəmadi olaraq problemləri meydana çıxır.

2015-ci ilin əvvəlindən Rostov vilayətinin Atbitraj Məhkəməsinə şirkətdən borcun ödənilməsini təmin etmək məqsədilə 20-yə yaxın iddia ərizəsi daxil olub. Tələblərdə göstərilən məbləğlər 1-dən bir neçə milyon rubla qədər dəyişir və bunların əksəriyyəti məhkəmə tərəfindən təmin edilib, yerdə qalanları isə baxılmaqdadır. İyun ayında “Hermes” MMC hətta “Palmali”nin müflis elan edilməsi tələbi ilə çıxış edib, lakin sonradan MMC borc ödənildiyinə görə iddiasını geri götürüb.

Eyni zamanda, “Palmali” MMC-nin kreditor borcunun məbləğinə diqqət yetirməyə dəyər. “SPARK-İnterfaks”ın məlumatına əsasən, 2015-ci ildə şirkət borc və kreditlər üzrə 3,78 milyard rubl ödəniş etməli idi; bundan savayı, şirkətin 9,3 milyard rubl həcmində uzunmüddətli öhdəlikləri mövcuddur.

Bunlardan əlavə, “Palmali” Rusiya büdcəsinə vergi ödəmələrindən yayınma ilə əlaqədar qalmaqalın mərkəzindədir. 44,8 milyon dollar həcmində gəlir vergisi əvəzinə, şirkət dövlət büdcəsinə vur-tut 1,222 milyon dollar ödəniş edib.

Uyğunsuzluqlar hələ 2013-cü ildə - Rusiya vergi müfəttişləri şirkəti yoxlayarkən üzə çıxıb. Həmin yoxlamanın nəticələri əsasında Rusiya İstintaq Komitəsinin Cənub Nəqliyyatda İstintaq İdarəsi 2016-cı ilin əvvəlində şirkətin direktoru Aleksey Mixelev barəsində RF Cinayət Məcəlləsinin 199-cu maddəsinin 2-ci hissəsinin “b” bəndi üzrə (“Təşkilatın xüsusilə iri məbləğdə vergidən yayınması”) cinayət işi qaldırıb. Söhbət 1 milyard 282 milyon rubl həcmində məbləğdən gedir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam