Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Kanada Rumıniyaya 5 qırıcı təyyarə göndərir

 

Kanada Rumıniyaya 5 qırıcı təyyarə göndərir
Kanadanın hərbi hava qüvvələri bu ilin sentyabrından dekabrınadək NATO proqramı çərçivəsində Rumıniyanın hava məkanının mühafizəsi üçün bu ölkəyə 5 ədəd “Hornet” CF-18 qırıcısı və 135-ə yaxın hərbçisini göndərəcək.
 Yenixeber.org: Bu barədə Kanada Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir. Qeyd olunur ki, hərbi hava qüvvələrinin bu əməliyyatı NATO-nun Mərkəzi və Şərqi Avropada həyata keçirdiyi proqramın tərkib hissəsidir. Kanadanın qırıcı təyyarələri havaməkanının mühafizəsi işi üzrə Rumıniya hərbi hava qüvvələrinin güclənməsinə və təcrübə toplamasına kömək edəcəklər. 

“Müdafiə siyasətimiz sayəsində biz dünyada baş verən proseslərdə Kanadanın da iştirakını sübut etməklə sadiqliyimizi nümayiş etdiririk. Rumıniyanın hava məkanının mühafizəsi üçün dəstək göstərməyimiz NATO-ya dəstəyimizin də nümayiş etdirilməsində vacib töhfədir.” – deyə, Kanadanın müdafiə naziri Hardcit Sacan bəyan edib. 

Qeyd edək ki, 2016-cı ilin iyulunda NATO-nun Varşava sammitində Litva, Latviya, Estoniya və Polşada alyansın beynəlxalq hərbi batalyonunun yerləşdirilməsi barədə qərar qəbul olunub. Böyük Britaniya, Almaniya, Kanada və ABŞ həmin batalyonların formalaşdırılmasını öz üzərlərinə götürüblər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam