Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Bakıda karantin tələblərini pozan obyektlərin fəaliyyəti dayandırıldı

Koronovirus (COVID-19) pandemiyasınin Azərbaycanda yayılmasının qarşısının alınması məqsədi ilə Bakı şəhərində həyata keçirilən genişmiqyaslı tibbi-profilaktiki, dezinfeksiyaedici və digər qabaqlayıcı kompleks tədbirlər davam etdirilir. Bu istiqamətdə görülən işlər çərçivəsində əhalinin qida təhlükəsizliyi məsələlərinə də xüsusi diqqət yetirilir.

Yenixeber.org: Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən bildirilib ki, görülən işlərə, keçirilən tədbirlərə və geniş maarifləndirmə işlərinə baxmayaraq öz şəxsi mənafe və qazanclarını minlərlə insanın sağlamlığından üstün tutan bəzi işbazlar bu gün də antisanitar, insanların sağlamlığı üçün təhlükəli şəraitdə qida məhsullarının hazırlanması, o cümlədən ət kəsimi və satışı ilə məşğul olurlar:

"Sağlamlığımız üçün təhlükəli olan belə halların qarşısının alınması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərərəfindən qəti və təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

Məsələnin ciddiliyi nəzərə alınaraq Bakı Şəhər Ticarət və Xidmət Departamenti, paytaxtın Rayon İcra Hakimiyyətləri, Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarınin və hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə paytaxtın müxtəlif rayonlarında antisanitar vəziyyətdə olan ət kəsimi və digər qida satışı məntəqələrinin yerlərinin müəyyən edilməsi məqsədi ilə reydlər keçirilib. Reydlər nəticəsində bir sıra nöqsanlar aşkarlanıb və müvafiq qaydada tədbirlər görülür.

Belə ki, Bakının müxtəlif rayonlarında keçirilən reydlər zamanı Ceyhun Hacıbəyli, Mirmahmud Kazımovski, Yusif Vəzirov, Qədir Məmmədov və digər ünvanlarda sanitar qaydaları pozan, karantin tələblərinə əməl etməyən ət kəsimi yerləri müəyyənləşdirildi. Həmin obyektlərin fəaliyyəti dayandırıldı, bəzi məntəqələrin yerləşdiyi yikililər söküldü, istifadə edilən dəmir asqı vasitələri kəsildi, ətraf ərazi dezinfeksiya edildi.

Bu reydlər mütamadı olaraq paytaxtın bütün rayonlarında keçiriləcək".

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam